Qızına 400 minlik toy edən Qüdrət Şükürov işdən çıxarıldı

Qızına 400 minlik toy edən Qüdrət Şükürov işdən çıxarıldı 

Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib.

Faktinfo.az xəbər verir ki, bu barədə Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

Q.Şükürovun yerinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, iki gün əvvəl Bakı meriyasında inventarlaşma və yoxlamalara başlanılıb. BŞİH-nin mətbuat xidmətindən daxil olan məlumata görə, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən, Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb. Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılır.

Artıq Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı şəhər Baş Prokurorluğunun əməkdaşları tərəfindən aparılan yoxlamalar nəticəsində Bakı Lift-Təmir İstehsalat Birliyində ciddi nöqsanlar aşkarlanıb. Bununla bağlı iş Baş Prokurorluğa göndərilib.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına 400 minlik toy etməklə gündəmə gəlmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər