Qorxmaz Hüseynov da vəzifədən kənarlaşdırılacaq

Qorxmaz Hüseynov da vəzifədən kənarlaşdırılacaq – Dövlət Gömrük Komitəsinin Maliyyə Nazirliyinə birləşdirilmə ehtimalı yüksəkdir

Görünən və proqnozlaşdırılması mümkün olan odur ki, artıq siyasi hakimiyyət sosial narazılığın yaranmasına rəvac vermiş şəxslərlə işləmək fikrində deyil.

Bu səbəbdən son bir ayda onlarla şəxs tutduğu vəzifədən azad edildi,prosses bu gün də davam edir. Çünki sərt, anlaşılmaz məmur mövqeyi potensial narazıların sıralarını genişləndirib.Yaranmış vəziyyətdən isə müxalifətin istifadə etmək imkanları genişlənib. Digər tərəfdən, son illərdə dövlət əmlakının mənimsənilməsi, ayrılan vəsaitlərdən israfçılıqla istifadə, görülən işlərin həcmində şişirdilmiş rəqəmlərə üstünlük verilməsi ictimai rəydə ifrat bir şəkildə narahatlıq doğurur.Belə görünür ki,islahatların davam etdirilməsi məcburiyyəti də bu səbəbdən yaranır.Hətta son illər bir çox millət vəkillərinin davamlı şəkildə danışıqlarında ciddi səhvlərə yol vermələri Milli Məclisin adına xələl gətirib ki, siyasi hakimiyyət ictimai rəydə ciddi suallarla üz-üzə qalıb.

Bir sözlə onlarla vəzifəli şəxsin, o cümlədən sosial siferanı əhatə edən  “Azəriqaz” ASC-nin sabiq sədri Əkbər Hacıyevin vəzifəsindən kənarlaşdırılması birdən-birə baş verməyib,uzun müddətli təhlilin nəticəsi olaraq qəbul edilib.

Faktinfo.az saytına etibarlı mənbənin verdiyi məlumata görə, yaxın  günlərdə  səhiyyə naziri Oqtay Şirəliyev, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov da tutduqları vəzifədən kənarlaşdırılacaq. “Azərişıq” ASC-nin “Azərenerji”yə, Dövlət Gömrük Komitəsinin isə Maliyyə Nazirliyinə birləşdirilmə ehtimalı belə yüksəkdir. 

Şəffaflaşdırma, idarəetmənin optimallaşdırılması istiqamətində sosial narazılığın minimuma endirilməsi istiqamətində aparılacaq islahatların SOCAR-dakı bəzi vəzifəli şəxsləri əhatə edəcəyi də verilən informasiyalar arasındadır.


Eləcə də paytaxt Bakının bəzi rayonlarının rəhbər şəxsləri tutduğu vəzifədən kənarlaşdırılacaq. Məsələn  Nərimanov, Nəsimi, Qaradağ, Sabunçu,həmçinin Abşeron rayonu ,bölgələrdən -Tərtər,Lənkəran, Kürdəmir, Şəki, Ağdaş, Salyan, Yardımlı,Qusar  rayon icra hakimiyyəti başçıları islahatlar fonunda tutduqları vəzifədən uzaqlaşdırılacaqları gözlənilir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi