Qorxmaz Hüseynovdan sonra Akif Məmmədovun vəzifəsindən azad olunacağı gözlənilir

Qorxmaz Hüseynovdan sonra Akif Məmmədovun vəzifəsindən azad olunacağı gözlənilir -Səbəb

Prezident İlham Əliyev mayın 4-də Qorxmaz Hüseynovun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Bununla da Qorxmaz Hüseynovun “Azərsu” ASC-yə on ildən artıq davam edən rəhbərliyinə son verilmiş oldu. Cəmiyyət prezidentin bu qərarını rəğbətlə qarşılayaraq, “Azərsu” ASC-nin fəaliyyətində bundan sonra müsbət dəyişikliklərin olacağına ümid edir.
 
“Azərsu” ASC-nin əməkdaşları isə Q
orxmaz Hüseynovun istefasıdan sonra növbənin Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Akif Məmmədova çatacağına ümid edir. Çünki, Qorxmaz Hüseynovun on ildən artıq davam edən rəhbərliyi dövründə “Azərsu” ASC-nin əhaliyə xidmətində keyfiyyət dəyişikliyi baş vermədiyi kimi, Akif Məmmədovun Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqına 15 illik sədrliyi dövrü də heç nə ilə yadda qalmayıb. Ən pisi isə ondan ibarətdir ki, koronavirus pandemiyası başladığı dövrdən “Azərsu” ASC-nin əməkdaşları Həmkarlar İttifaqının heç bir dəstəyini hiss etməyiblər. Baxmayaraq ki, Həmkarlar İttifaqının əsas vəzifəsi üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir.Ancaq Akif Məmmədovun rəhbərlik etdiyi Həmkarlar İttifaqı bu vəzifələrin öhdəsindən gəlməyib. Məsələn, bir neçə həftə əvvəl “Azərsu” ASC-nin aparıcı şöbələrinin əməkdaşları COVİD-19 virusuna yoluxub. Lakin “Azərsu” ASC-nin rəhbərliyinin vaxtında tədbir görməməsi bütöv bir şöbənin koronavirusa yoluxmasına və onların da çoxsaylı insanı yoluxdurmasına səbəb olub. 


“Azərsu”ASC-nin adının çəkilməsini istəməyən əməkdaşının redaksiyamıza verdiyi məlumata görə, Həmkarlar İttifaqı üzvülərinin hüququnu qorumadığı kimi onlara ağır xəstəliklə mübarizədə heç bir yardım etməyib. Məlumatı verən şəxsin sözlərinə görə, COVİD-19 virusuna yoluxmuş “Azərsu” ASC-nin əməkdaşlarından birinin vəziyyəti çox ağır olsa da, Akif Məmmədovun rəhbərlik etdiyi Həmkarlar İttifaqı həmin şəxsə və ya ailəsinə heç bir yardım etməyib. Buna görə də “Azərsu” ASC-nin əməkdaşları ümid edirlər ki, Qorxmaz Hüseynovdan sonra Akif Məmmədovun rəhbərlik etdiyi Həmkarlar İttifaqının fəaliyyəti araşdırılacaq. Çünki bunu Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının 13 mindən artıq üzvünün əmək, sosial və iqtisadi hüquqlarının qorunması tələb edir. Məlumatlı şəxs bildirir ki,Qorxmaz Hüseynovdan sonra “Azərsu” ASC-nin sədri təyin olunacaq şəxs ilk öncə Akif Məmmədovun fəaliyyətinin yoxlanılmasına nail olmalıdır. Əgər həmin yoxlama həyata keçirilsə Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində çox ciddi qanun pozuntularının aşkara çıxarılacağı gözlənilir.
Mənbə bildirir ki, Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının fəaliyyətindəki neqativ hallara görə “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynov birbaşa məsuliyyət daşıyır.

“Azərsu” ASC-də COVİD-19 virusunun yayılması ilə bağlı vəziyyətə Akif Məmmədovun rəhbərlik etdiyi Həmkarlar İttifaqı laqeyd qalmasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin və Nazirlər Kabineti yanında Operativ Qərargahın münasibətini öyrənməyə çalışacağıq.

Azad Aydın

sözcu.info

P.S. Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının yazıya münasibətini olduğu kimi derc edirik:

07.05.2021-ci il tarixində, [email protected]  email ünvanından daxil olan məktubunuza cavab olaraq bildirmək istəyirdik, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara  əməl olunması üçün  2020—ci ilin iyul ayından bu günə qədər yoluxma hallarının minimuma endirilməsi istiqamətində işçilər  arasında aparılan maarifləndirmə  və təbliğat tədbirləri həyata keçirir.

 

Azərsu ASC- də 1400 –dən yuxarı işçi  COVİD-19  infeksiyasına yoluxmuşdur. İlkin mərhələdə dünyasını dəyişən əməkdaşların  ailələrinə maddi və ərzaq yadımı, ikinci mərhələdə daha ağır keçirənlərə  bu günki günə qədər maddi  yardım və infeksiyaya yoluxan digər əməkdaşlara yardım  mərhələli  şəkildə davam edir. (Ərzaq  yardımı Yanvar-Mart və Ramazan ayı ilə əlaqədar olaraq aparılır.) Hal-hazırda da bir qrup işçimiz  ərzaq yardımı ilə əlaqədar olaraq, ezamiyyətdədir. (Lazım gələrsə,daha detallı məlumat verərik)

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün  6945 nəfər işçimizin testdən keçirməsini , 5000-dən yuxarı işçimizin vaksinasiya olunmasını təmin etmişdir.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərə yardım edib. Belə ki, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq, Koronovirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 30.000 manat, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 300.000 manat vəsait köçürüb. Eyni zamanda Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi  277 aztəminatlı işçilərə ərzaq sovqatı paylayıb. İşçilərin sosial müdafiəsini təmin etmək üçün 8600 əməkdaşın əmək haqları ödənilməklə məzuniyyətə buraxılıb.

 

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi  Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu)  və Qarabağ Dirçəliş Fonduna maddi yardım  göstərmişdir.

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi davamlı olaraq ofis, istehsal sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır və mühüm profilaktik tədbirlər həyata keçirilir.

 

 

QEYD 1. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov hər zaman  iş məsuliyyətini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirdiyinə görə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və Respublika Komitəsinə  dəfələrlə işçilər tərəfindən  “Minnətdarlıq məktubları” daxil olmuşdur.Nümunə üçün bir məktubu Sizə göndəririk. Lazım gələrsə,  digərlərini də əlavə edə bilərik.

 

QEYD. 2.İndiyə qədər  gördüyümüz bütün işlərin yüksək səviyyədə olduğuna əmin olaraq, nəşrinizdə göndərdiyimiz məlumatların dərc ediləcək  məqalələrinizdə öz əksini tapacağına nəzarət edəcək və heç bir yanlışlığın yaranmaması üçün diqqətimizdə saxlayacayıq.Əlavə hər hansı bir sual olarsa, müraciət edə bilərsiniz.

 Göstərdiyiniz dəstək üçün minnətdarıq.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər