Qoyunun bir hissəsini Milli Məclisə verməliyəm?

Qoyunun bir hissəsini Milli Məclisə verməliyəm? – Deputat

Deputatların səlahiyyətinin azaldılması son günlər mətbuatda çox müzakirə edilir, hətta sarkazma çevrilib.

Bu sözləri millət vəkili Aqil Abbas Milli Məclisin bügünkü plenar iclasında çıxışında deyib.

Millət vəkili deputatın mandatının əlindən alınması barədə qərarın şərtlərinin doğru olmadığını deyib:

“Millət vəkillərimizin hər hansı birinin etik davranış qaydalarını pozub İntizam Komissiyasına düşəcəyini düşünmürəm. İki-üç iclasda iştirak etmədiyinə görə deputat mandatından məhrum etmək doğru deyil. Bəlkə valideynlərimizi çağırıb danlayasınız? Mən iki iclasa gəlməmişəm, bəlkə ayağım burxulub? Məsələni bu cür qoymağı, özümüz jurnalist ola-ola jurnalistlərin qələminə sarımağı qəbul etmirəm. Məni 40 min nəfər seçici seçib, indi 9 nəfər İntizam Komissiyası üzvü məni bu hüquqdan necə məhrum edə bilər. Qardaş, məni siz seçmişdiniz? Əgər mən səlahiyyətimizi düzgün yerinə yetirmirəmsə, Füzuli-Ağcabədi camaatı, seçicilərimə bu səlahiyyət verilməlidir.

Bütün dünyada 50 dollardan artıq hədiyyə alan onu muzeyə, parlamentə təqdim edir. Bizdə də bunun qəbul edilməsini normal qəbul edirik. Füzulidə bir nəfər mənə 150 manatlıq qoyun kəsir, onun 100 manatını kəsib İntizam Komissiyasına təqdim etməliyəm?”Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər