Qubad İbadoğlu:"Gələn ildən deputatların və məmurların maaşları artacaq”
“İdarəetmədə aparılan struktur dəyişikliklərinin əsas hədəflərindən biri də qanunvericilik və icra hakimiyyətinin saxlanılması xərcləriniun rasionallaşdırılması olmalıdır”.
Bunu iqtisadçı Qubad İbadoğlu deyib.
O, büdcə məlumatlarına istinadən bildirib ki, son dövrlər ən çox artıma məruz qalan xərc bölmələrindən biri də idarəetmə xərcləridir: “Əgər bu məqsədlə 2018-ci ilin büdcəsindən 627,5 milyon manat xərclənmişdirsə, bu ilin büdcəsində 827,2 milyon manat xərclənməsi gözlənilirsə, gələn ilin büdcəsindən xərcləmələr 1 milyard 122,6 milyon manat proqnozlaşdırılıb.
Bu vəsaitin 2018-ci ildə 65 faizi, 2019-cu ildə 60 faizi, 2020-ci ildə 67,2 faizi əməyin ödənişi xərcləridir. Bu o deməkdir ki, gələn ildən deputatların və məmurların maaşları artacaq”./strateq.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın