Qulinin ailəsində toy: məşhurlar pul yağışına tutuldu

Qulinin ailəsində toy: məşhurlar pul yağışına tutuldu 

Qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisi keçirilib.

Faktinfo.az Unikal.org-a istinadən xəbər verir ki, Lotu Qulinin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamının oğlu Samir bəylə ailə həyatı qurub.

Bu toydan öncə Bakıda dəbdəbəli nişan və toy mərasimi olub. Tiflisin ən məşhur şadlıq saraylarının birində keçirilən toyda tanınmış müğənnilər Ədalət Şükürov, Samir Piriyev, Nazənin, Rüfət Axundov, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, İbrahim Borçalı, Türkan Vəlizadə, meyxanaçılar Namiq Qaraçuxulu, Vasif Əzimov, Pərviz Bülbülə və tanınmış şairə Nazilə Səfərli iştirak edib. Adıçəkilən sənət adamları Lotu Quliyə hörmət əlaməti olaraq bu toyda təmənnasız iştirak ediblər.

Gürcüstanda keçirilən toyda Lotu Qulinin də iştirak etdiyi bildirilir. Şadlıq sarayının toy keçirilən zalında onun üçün xüsusi stol hazırlanıb. Toyda şairə Nazilə Səfərlinin onun anasına yazdığı "Həccə gedən gözəl anam" şeiri və mahnısı səsləndirilib. Müğənni Şəbnəm Tovuzlu həmin mahnını səsləndirərkən Hacı xanım sənət adamlarına nəmər verib.

Bundan sonra digər ziyafət iştirakçıları sənət adamlarını pul yağışına tutublar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər