Rasim Balayevin səhhəti pisləşdi - AYAQLARI TUTULDU
Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.
Bu barədə Publika.az-a o, özü məlumat verib.
"Yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb. Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlamışam ", - xalq artisti bildirib.
Xatırlalaq ki, R.Balayev keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.
Aktyor verdiyi müsahibələrinin birində "Babək" filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın