Rasim Musabəyov narazılıq doğurur-

Rasim Musabəyov narazılıq doğurur- Xudaqulu Rzayevin deputat seçilmək şansını yüksək qiymətləndirməmək mümkün deyil

Rasim Musabəyovun namizədliyini 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən irəli sürməsi seçiciləri hiddətləndirib.Son 10 ildə məlum dairədən deputat seçilən Rasim Musabəyov ümumiyyətlə seçiciləri ilə görüşməyib.

Məsələn, o Nizami rayon Şirin Mirzəyev 65, 68, 70, 72 və digər bina sakinlərinin yaşadıqları həyətlərə deputat olduğu son 10 ildə ayaq belə basmayıb. Bu səbəbdən də son 2 gündə onunla bağlı bu dairə üzrə narazılıqlar yaşanır. Təsəvvür edin ki, seçicilərdən elə şəxslər var ki,“Heç olmasa, gəlib bizimlə görüşərdi, bu da sizi sayıram anlamına gələrdi” – deyir. “Seyid cəddinə ümid olan tək, adam kimə arxayındır, bilinmir”.

Görünür,Rasim Musabəyov Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi,şöbə müdiri Zeynal Nağdəliyevin fikirlərindən də nəticə çıxarmayıb.O,ölkədə həyata keçirilən islahat siyasətinə kölgə sala biləcək hallara yol verilməyəcəyini unudur, namizədlərin real seçki kampaniyası aparmalarının vacibliyinə sətiraltı ehyam vurmasını belə yaddan çıxarır,seçici ilə görüşmədən deputat seçilməyi yenə mümkün sayır.Seçkinin məlum “pop corn” məsələsindən daha çiddi olduğunu düşünmür.Elə anlayır ki,bu dəfə də hakimiyyət onun məsuliyyətini üzərinə götürəcək, o asanlıqla MM-də  əyləşə biləcək.

Ancaq bu dairədə demokratik seçkilər keçiriləcəyi təqdirdə, ötən 10 ildə seçicisinin iradəsini heçə sayan Rasim Musabəyovun deputat seçilmək imkanları əvvəlki tək yüksək olmayacaq.

 O ki qaldı, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə digər namizədlərə bu dairədə mübarizənin məhz “Define Group” MMC-nin direktoru Xanlar Abbasov, “X-Med” Stomatoloji klinikanın həkim stomatoloqu Xaliq Hüseynov, “Müsavat” partiyasının üzvü Namiq Niftiyev , “Minera Şirkətlər Qrupu”nun rəhbəri Xudaqulu Rzayev arasında gedəcəyi  gözlənilir.

Faktinfo.az saytının dairə üzrə apardığı  araşdırmalardan o da məlum olur ki, mübarizə aparacaq namizədlər arasında YAP-ın irəli sürdüyü şəxs- Xudaqulu Rzayev rəqibləri üçün daha ciddi rəqibdir.Belə ki,onun uzun illər Nizami rayonunda müəyyən işlər gördüyü, bir çox layihələr həyata keçirdiyi söylənilir. İnsanlarla çox asanlıqla təmas qurmağı bacaran Xudaqulu Rzayev həm də mükəmməl seçki qərargahına malikdir.O, seçki qərargahında sistemli və kollegial qaydada işləməyi bacaran şəxsləri ətrafında birləşdirib. Bu da seçkinin nəticələrinə təsirsiz ötüşməyəcək.

Məhz bu və ya digər səbəblərdən 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə Xudaqulu Rzayevin deputat seçilmək şansını yüksək qiymətləndirməmək mümkün deyil.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər