Razim Məmmədov vəzifəsini itirə bilər

Razim Məmmədov vəzifəsini itirə bilər 

Xətai rayonunda ağac kəsilməsinə dair Ekoloğiya və Təbii Sərvətlər nazirliyinin “Qaynar xətt”inə Qaçaq Nəbi 9A ünvanından şikayətin daxil olmasını, nazirliyin araşdırıb faktla bağlı toplanmış materialları hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərməsi, bu rayonda digər ağac kəsilməsi faktları ilə də bağlı “Qaynar xətt”ə müraciət edilməsinə şərait yaradır.

 Faktinfo.az xəbər verir ki, artıq Xətai rayonunun müxtəlif ərazilərində  kəsilən ağaclarla  bağlı  əlavə şikayətlərin də olacağına dair  ehtimallar  artır. Daxil olan məlumatların araşdırılmasına biganə qalınmayacağı isə  bəri başdan bəllidir. Bu halda, Ekoloğiya və Təbii Sərvətlər nazirliyinin əlavə faktları da hüquq-mühafizə orqanlarına göndərə biləcəyi  belə ,istisna olunmur. Bütün bunlar isə Xətai rayonu İcra Hakimiyyətinin başçısı Razim Məmmədovu çıxılmaz vəziyyətə  sala bilər. 

Artıq ictimayyət hesab edir ki, icra hakimiyyətinin icazəsi olmadan heç kim ağac kəsib,tikinti işi apara bilməz. Əks təqdirdə  tikinti dayandırılar, ağac kəsilməsi faktını  icra hakimiyyətinin səlahiyyətli şəxsləri ictimailəşdirər,aidiyyatı qrumlar məlumatlandırılardı.

Hazırda, Xətai rayonunda  ağac kəsilməsi ilə bağlı ictimailəşən bu və digər faktların fonunda  Rayon İcra Hakimiyyətinin başçısı  tutduğu postu itirə də bilər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər