"Regionun ən nəhəng stansiyası genişmiqyaslı inkişafa təkan verəcək" -DEPUTAT
Azərbaycanın iqtisadi gücü artdıqca siyasi nüfuzu da artır. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasimi də ölkəmizin imkanlarının artdığını bir daha təsdiqləyir.
Regionun ən nəhəng İES-sı sayılan “Azərbaycan” İstilik Elektrik Stansiyası Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. Burada stansiyanın fəaliyyət müddətinin 20 il uzadılmasından söhbət gedir. Azərbaycan bu layihə ilə də vaxtında və düzgün qərar vermiş oldu.Artıq daha uzunömürlü, etibarlı, dayanıqlı, təhlükəsiz və səmərəli enerji əldə edilir. Üstəlik, nəinki Azərbaycanda, ümumilikdə Avropada enerjiyə artan təlabat və ixrac imkanlarının genişlənməsi fonunda bu layihənin əhəmiyyəti daha da artır.
Faktiki yeni stansiyanın yaradılması ilə ölkənin enerji dayanıqlığı təmin olunacaq. Əlavə generasiya gücləri yaradılacaq. Bu da ixrac imkanlarını artırmaqla yanaşı, təbii qaza qənaət və yüksələn enerji tələbatının qarşılanması deməkdir.Ən vacib məsələlərdən biri regionda yeni iş yerlərinin yaranmasıdır. Təcrübə göstərir ki, hər yeni qurulan infrastruktur, yeni layihə həm də həmin bölgənin insanlarının sosial rifahının yaxşılaşmasına təkan verir.
Faktinfo.az xəbər verir ki,bu fikirləri açıqlamasında Milli Məclisin üzvü Könül Nurullayeva bildirib.
Deputat bu mənada qeyd edib ki,Mingəçevirdə də belə bir imkan yaranmış olacaq.İndi eyni proses işğaldan azad olunmuş ərazilərdə də gedir. Bərpa olunan enerji potensialının artması bölgəyə daha çox investisiyanın cəlb olunmasını şərtləndirir və nəticə etibarı ilə burada məskunlaşan insanların sosial rifahının daha da yaxşılaşmasına təkan verir.
Həmçinin,azad olunmuş bölgələr Prezident İlham Əliyevin təməlqoyma mərasimində Mingəçevirin 44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən hədəfə alınmasına xüsusi diqqət çəkməsi təsadüfi deyildi. Xarici tərəfdaşların diqqətinə bir daha çatdırıldı ki, o vaxt döyüş meydanında məğlub olan Ermənistan Mingəçevir Elektrik Stansiyasını da atəşə tutmaqla Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi. Azərbaycan regionun enerji təhlükəsizliyinə yaranmış təhlükənin qarşısını almağa müvəffəq oldu. Yəni, Azərbaycan reallaşdırdığı bütün layihələrin təhlükəsizliyini təmin etmək gücündədir. Təbii ki, beynəlxalq tərəfdaşlar da bu məsələdə maraqlı olmalıdır.
Bu xəbər üçün şərh yazın