Rektorun yeni avtomobil alması ilə bağlı xəbər təkzib edildi

Rektorun yeni avtomobil alması ilə bağlı xəbər təkzib edildi 

Rektor Nurlana Əliyevanın yeni avtomobil almasına dair bir sıra saytlarda yayılan xəbərə Universitetdən münasibət bildirilib.

Faktinfo.az xəbər verir ki, Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev mövzu ilə bağlı Bakupost.az-a bildirib ki, N.Əliyeva bəhs edilən avtomobili rektor təyin edilməmişdən əvvəl alıb:"Bunu yeni avtomobil kimi təqdim eləmək doğru deyil.Avtomobilin buraxılış ili isə xəbərdə göstərildiyi kimi 2016-cı il deyil, 2012-ci ildir.

Qeyd edək ki, Nurlana Müzəffər qızı Əliyeva 23 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi