Rəqabət mühitinin təminatçılarından olmalı olan İqtisadiyyat Nazirliyi...-

Rəqabət mühitinin təminatçılarından olmalı olan İqtisadiyyat Nazirliyi...- 10 manat nizamnamə kapitalı olan bir aylıq şirkət tenderin qalibi oldu

Azərbaycanda dövlət qurumlarının, büdcə təşkilatlarının tender və müqavilələrlə bağlı fəaliyyətində çoxlu qaranlıq məqamların olduğuna dair mətbuatda dəfələrlə məlumatlar, təhlillər yer alıb.

Eyni şirkətin eyni nazirliyin tenderlərini ardıcıl olaraq illərlə, təkrar-təkrar udması, yaxud heç kimin tanımadığı, təcrübəsi olmayan şirkətlərlə milyonluq müqavilələrin bağlanması adi hala çevrilib.

Daha bir maraqlı müqavilə də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondutərəfindən qeydə alınıb. Belə ki, qurumun “İnnovativ sahibkarlığın inkişafına dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda konfransının təşkili ilə bağlı “DASİN” MMC ilə müqavilə imzalanıb.

Dövlət satınalmaları reyestrinə görə, bu müqavilənin dəyəri 22 301 manatdır. Yəni bir konfransın təşkili 22 min manatdan baha başa gələcək. Əlbəttə ki, Azərbaycan reallığı və idarəetmə aparatının “iştahasını” nəzərə alsaq, bu olduqca kiçik məbləğdir. Lakin bu müqavilənin ən maraqlı tərəfi budur ki, Kommersiya hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlara görə, “DASİN” MMC cəmi bir ay əvvəl – 1 iyul 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı isə cəmi 10 manatdır.

Görəsən, bu 1 ayda şirkət özünü nə ilə, necə göstərib ki, nazirlik ona belə bir konfransın təşkilini etibar edib? Axı yeni bir şirkətin bir ay ərzində iri dövlət qurumunun, nazirliyin diqqətini cəlb edəcək nailiyyətlər, populyarlıq qazanması ən azından fiziki cəhətdən olduqca çətindir.

Əgər ölkə iqtisadiyyatında şəffaflığın, sahibkarlığın inkişafının, azad rəqabət mühitinin yaradılmasının əsas təminatçılarından olmalı olan bir nazirlik də belə müəmmalı müqaviləyə imza atırsa, daha deyəcək söz qalmır…/azpolitika.info/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər