RƏSMİ DÖVLƏT QƏZETLƏRİ YOXLANILIR?

RƏSMİ DÖVLƏT QƏZETLƏRİ YOXLANILIR? -Qəzetlərin abunə dövrü böyük narazılıq yaranır

Bəzi saytlarda dövlət büdcəsindən maliyyələşən rəsmi qəzetlərin Hesablama Palatası tərəfindən yoxlanılmasına dair xəbər yayılıb.

Yoxlama zamanı qəzetlərə ayrılan pulların təyinatı üzrə düzgün xərclənmədiyi və ciddi yeyinti faktlarının aşkar edildiyi vurğulanır.O da qeyd edilir ki,hökumətin media siyasətini müəyyənləşdirənlərin əksəriyyəti bu qənaətdədirlər ki, sözügedən qəzetlərin ictimai rəyə təsiri yoxdu,bu kimi qəzetlər büdcə təşkilatlarında çalışanlara yükdür.

Faktinfo.az xəbər verir ki, rəsmi,istərsə də hakimiyyət təmayüllü qəzetlərin abunə dövrü böyük narazılıq yaranır. Belə ki, dekabr və may ayının sonundan abunə kampaniyasına  başlanılır.Rayon İcra Hakimiyyətlərinin qeyri-rəsmi tapşırığı əsasında büdcə təşkilatlarında işləyən şəxslərin aylıq məvacibindən  ildə iki dəfə 20-30 AZN tutulur.Səhiyyə,təhsil müəssisələrinin rəhbərləri  müəllim və həkimlərdən  açıq şəkildə pul tələb edir. Səbəbi də odur ki,həmin  müəssisələrin üzərinə 2000-2500 AZN civarında abunə öhtəliyi qoyulur.Bu vəziyyət isə rayonlarda 250-300  manat məvacib alan şəxsləri bir qədər də çətin vəziyyətə salır,onların haqlı narazılığına səbəb olur.

Bu proseslər  hər kəsin gözü qarşısında baş verdiyindən yaşananları gizlətmək mümkün deyil.Artıq büdcə təşkilatlarında çalışanlar əməlli-başlı cana doyublar.Onlar narazılıqlarını açıq-aşkar büruzə verməkdən belə çəkinmir, beynəlxalq praktikada  qəzetlərə abunə yazılmağa məcbur edilmənin yolverilməz olduğunu xüsusi vurğulayırlar.

Onu da qeyd edək ki,məcburi abunə yazdırılan qəzetlərin siyahısında Medianın İnkişafı Agentliyinin pul ayırdığı mətbu orqanlar da var.

Faktinfo.az





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi