RƏSMİ VAŞİNQTONDAN ANKARAYA AÇIQ TƏHDİD: "Türkiyə seçim etməlidir"
Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq niyyətində deyil.
Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiyanın ZRK S-400 raketlərini almasını şərh edərkən özünün “Twitter” səhifəsində yazıb.
“Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları – hansılar ki, bizim ittifaqımızı pozur – qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir”,- deyə Pensin mesajında bildirilir/Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın