Reznikovu bu şəxs əvəz edəcək -

Reznikovu bu şəxs əvəz edəcək - Araxamiya

Ukraynanın Ali Radası yaxın vaxtlarda keçiriləcək növbəti plenar iclasda müdafiə naziri Aleksey Reznikovun istefasına səs verəcək.

Onun yerinə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov təyin olunacaq.

Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirib.

Onun sözlərinə görə, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi, İqor Klimenko isə daxili işlər naziri təyin ediləcək.

Araxamiya əlavə edib ki, Reznikov Ukraynanın sənayenin strateji sahələri məsələləri üzrə nazir postunda Pavel Ryabikini əvəz edəcək.

Qeyd edək ki, bundan öncə Reznikov açıqlamasında istefaya hazır olduğunu, Prezident Vladimir Zelenskinin qərar verəcəyi halda müvafiq addım atacağını söyləmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi