“Rövşən Cavadov Ağdərədə Nəcməddin Sadıqova elə sözlər dedi ki...”
"Bu əhvalatı birinci dəfədir ki, danışıram. 1992-ci il avqust ayının 9-u idi. Ayın 10-da “OMON”, yəni Xüsusi Təyinatlı Polis Dəstəsi Ağdərənin Çıldıran kəndi istiqamətində hücuma keçməli idi.
Mobil rotada təkcə 1 PDM var idi. Onu da mexanik kimi mən idarə edirdim, şamaxılı “sarı İlqar” isə atıcı idi...
Ayın 9-u axşam rəhmətlik Rövşən Cavadov məni, “Makedon” ləqəbli Ilqar Məmmədovu və bir neçə digər “OMON”çunu komanda-qərargah maşınına dəvət etdi...”
Birinci Qarabağ savaşından bu döyüş xatirəsini Moderator.az-a Qarabağ qazisi, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçüsü Rauf Vaqifoğlu danışıb.
“Biz qərargaha gəldik. Rövşən Cavadov dedi ki, indi briqada komandiri Nəcməddin Sadıqov növbəti hücum haqqında əmr və göstərişlərini verəcək. Divara bərkidilmiş ratsiyadan Nəcməddinin səsi gəlirdi. O, ərazidəki müxtəlif hərbi birləşmələrə sabahkı döyüş haqqında əmrlər verirdi. Növbə “OMON”-çulara çatdı və Nəcməddin rus dilində Rövşən Cavadova hərbi tapşırıqlar verməyə başladı. Biz onun sözlərini diqqətlə dinləyirdik. Tapşırıqlar qurtaran kimi o, məhz bizə - “OMON” dəstəsinə və “OMON”-un komandirinə, yəni Rövşən Cavadova xüsusu olaraq dedi ki, əgər “OMON” öz tapşırığını yerinə yetirməsə, komandir tribunala veriləcək. Bir anlıq 6-7 döyüşçü bir-birimizin üzünə baxdıq ki, bu şərəfsiz nə danışır? Rövşən Cavadovun gözlərindən necə əsəbləşdiyi bilinirdi... Onunla üzbəüz oturmuşdum deyə, rəhmətlik soruşdu ki, Rauf, Nəcməddin həmin sözləri bizə dedi? Cavab verdim ki, bəli, komandir. Bundan sonra Rövşən Cavadov ratsiyanın dəstəyini götürüb Nəcməddinin layiqli cavabını verdi. Həmin sözləri normal insana desəydilər, yəqin ki, həmin adam özünü güllələyərdi. Amma belə şeylərə alışmış Nəcməddin indiyədək sağdır. O vaxt “OMON”- un heç vaxt uğursuz hücumları olmamışdı. Dığaların ən çox qorxduğu döyüşçülər “OMON”-çular idi. Nəcməddinin məhz belə uğurlarımıza görə də bizdən xoşu gəlmirdi. Onun agent olması o vaxtlardan bəlli idi bizə... Ağdərə istiqamətində Azərbaycan ordu hissələrinin mühasirəyə düşməsinə də o, səbəb olmuşdu... Nəcməddin Sadıqova mənim komandirim Rövşənin cavabı ertəsi gün “OMON” tərəfindən Drmbonun(Heyvalı), Qasapetin və Çıldıranın ermənilərdən azad edilməsi oldu...” –deyə keçmiş “OMON”çu döyüş xatirəsinin sonunda vurğulayıb.
Bu xəbər üçün şərh yazın