Roza Əliqızı:"Əsir və girovlarımız azad olunmalıdır"

Roza Əliqızı:"Əsir və girovlarımız azad olunmalıdır" -Hərbi jurnalist Türkiyədə bir sıra görüşlər keçirib

Əsgər Ailəsi Cəmiyyətinin sədri, hərbi jurnalist Roza Əliqızı Türkiyədə əsir, itgin və girov düşmüş soydaşlarımızın acınacaqlı taleyi ilə bağlı Türkiyədə bir sıra görüşlər keçirmiş, Türkiyə Mətbuatına müraciət edərək Dünya Dövlətlərinə verəcək bəyanata görə ona dəstək vermələrini xahiş etmişdir..

Faktinfo.az xəbər verir ki,  "Akad Xəbər Ajans", "Anadolu Başın Yayım Birliyi "" , "Türkiyə yazarlar Birliyi"  "İhlans ajans  xəbər", Doğan Xəbər Ajans və İzmir  Qəzet Platfortun rəhbərləri ilə görüş zamanı onlar  Roza Əliqızına dəstək olduqlarını bəyan ediblər. Əlavə olaraq Roza Əliqızı Türkiyə qazilər  və şəhid ailələri dərnəyində də görüşlər keçirib, düşmən  girovluğunda  olan əsir soydaşlarımızın taleyi və onlara verilən işgəncələr barədə məlumat verib.

Hərbi jurnalist  Türkiyə Təhsil Nazirliyində də olub.O, məktəblərdə Qarabağ gerçəklikləri ilə bağlı görüşlər keçirmək, məktəblilərə Qarabağ gerçəkliklərini anlatmaq və  konfranslar keçirmək üçün ona şərait yaradılmasını xahiş edib və buna razılıq alıb.Məktəblərdə görüşlərin keçirilməsində  isə Yazarlar birliyi  və Akad xəbər ajansı ona dəstək olacaqlarına əminlik ifadə ediblər. Hətta ilk görüş Qarabağlar Katib Çələbi məktəbində  təşkil də olunub.

Qeyd edək  ki, Əsgər Ailəsi Cəmiyyəti həyata keçirdiyi bu tədbirləri Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının xətti ilə həyata keçirir.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi