RÜŞVƏTLƏ TUTULAN DYP ƏMƏKDAŞI İŞƏ QAYTARILIB! – “Bandotdel” tərəfindən saxlanılmışdı…

RÜŞVƏTLƏ TUTULAN DYP ƏMƏKDAŞI İŞƏ QAYTARILIB! – “Bandotdel” tərəfindən saxlanılmışdı… 

Bir müddət əvvəl işdə yol verdiyi nöqsanlara görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindəki (DYPİ) şöbə rəisi vəzifəsindən kənarlaşdırılan polis mayoru Namiq Kərimov yenidən daxili işlər orqanlarına xidmətə qaytarılıb.

 O, DYPİ-nin Patrul Bölüyündə baş inspektor vəzifəsində xidmətə başlayıb.

N.Kərimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun bacısı oğludur.

“AzPolitika” xatırladır ki, 2014-cü ildə BŞDYPİ-də sərxoş sürücülərlə bağlı şöbəsinə rəhbərlik edən Namiq Kərimov sürücüdən 2500 manat rüşvət alarkən, öz kabinetində “Bandotdel”in əməkdaşları tərəfindən saxlanılmışdı. KİV-lərin məlumatına görə, həmin vaxt Nuşirəvan Səfərov bacısı oğlunu həbsdən xilas etməyə nail olsa da, vəzifəsində saxlaya bilməmişdi. N.Kərimov DYP-dən uzaqlaşdırılsa da, bir müddət sonra polis orqanlarında başqa bir işə düzəlmişdi. Görünür N.Səfərov baş verənlərin unudulduğunu düşündüyündən bacısı oğlunu yenidən DYP sisteminə qaytarıb. Heç şübhə yoxdur ki, qısa müddətdən sonra ona yüksək vəzifə də verəcək. Bəs necə? Bura Azərbaycan deyilmi?

Rasim ƏLİYEV

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi