“Rus 200 ildir Azərbaycan xalqının qanını içir”
“Bilirsiniz, Azərbaycan öz torpaqları ilə sərhəddir, onun çox böyük ərazisi var - Dəmir qapı Dərbənd, Tiflis, İrəvan düz Gəncə körfəzinə qədər hamısı Azərbaycanın ərazisidir.
Rus imperiyası vaxtilə Azərbaycanı parçaladı, götürdü yeni dövlət yaratdı...”
Faktinfo.az xəbər verir ki,bu sözləri Xalq artisti Əli Nur deyib. Ermənistan dövlətinin yaranmasından danışan sənətçi onların tarix boyu işğalçılıqla məşğul olduğunu bildirib:
“Rusiya Türk dünyası ilə Azərbaycanın əlaqəsini kəsmək üçün Ermənistanı yaratdı. Erməninin tarix boyu nə torpağı, nə paytaxtı, nə də padşahı olub. Qaraçı kimi yer üzünə səpələnmiş Hindistandan gəlmiş şudralardır. Onlar xəstə bir millətdir, görün nə dərəcədə xəstədirlər ki, deyirlər, Tanrı ermənidir, İsa peyğəmbər, Adəm və Həvva ermənidir, Misir piramidalarını ermənilər tikib və s. Onlar yiyəsiz və həyasız bir millətdir. Biz onlara 18-ci ildə yaşamaqları üçün yer verdik, dəqiq deyirəm, o yer 7500 kv kilometr idi. O ərazini verdik ki, alın, sizin olsun, ölün, burada yaşayın. Amma onların gözü doymadı, necə ki, qaraçılar adamı lüt soyundurana qədər əl çəkmir, bunlar da elə. Moskva da Dilicanı, Göyçəni, Basarkeçəri, Zəngəzuru, Mehrini, Naxçıvanın 9 kəndini, Qazaxın yarısını ermənilərin qabağına atdı, amma onların gözü doymadı. Sonra da Rusiya Qarabağı işğal edib verdi bu çaqqallara. Ermənini tarix boyu silahlandıran Rusiya olub. Onların sərhədləri hara qədər uzanır, amma yenə də gözləri doymur. Ac qurd kimi işğal edirlər”.
Azərbaycanın 44 günlük qələbəsini xatırlayan aktyor ölkəmizin həmin vaxt üzləşdiyi çətinliklərdən də danışıb:
“Müharibə daha qısa müddət çəkə bilərdi, lakin 44 gün çəkdi, çünki İran həmişəki kimi ermənini silahlandırırdı, ərzaqla təmin edirdi. İran İslam kəfəninə bürünmüş bir dövlətdir. İslamın İrana dəxli yoxdur, İran yaranan gündən İslamın və ərəblərin düşmənidir. 21 ərəb dövləti var, onların heç biri ilə İran dostluq etmir, hamısı ilə düşməndir. Xomeyni gəldi və İrana İslam dövləti adını qoydu, halbuki Məhəmməd peyğəmbərin qurduğu islam dövlətinin İrana heç bir dəxli yoxur. Müharibə vaxtı da İran bizə çox mane oldu. Bunlara baxmayaraq, Azərbaycanın müzəffər və qəhrəman ordusu qısa müddətdə torpaqları azad etdi. Sonra da ruslar sülhməramlı adı ilə ərazilərimizə soxuldu. Rusdan sülhməramlı olar? Rus 200 ildir Azərbaycan xalqının qanını içir. Rus necə sülhməramlı ola bilər? Onlar ətrafındakı bir dövlətlə belə dostlu etməyi bacarmırlar. Amma hər şeyə rəğmən ordumuz qələbə qazandı”. Yenisabah.az
Bu xəbər üçün şərh yazın