Rusiya Ali Məhkəməsi ÜAK-ın kassasiya şikayətini rədd etdi- Konqres rəsmən ləğv olundu
Rusiya Ali Məhkəməsi (AM) Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) verdiyi kassasiya şikayətini rədd edib.
Bu barədə "Report"un Rusiya bürosu xəbər verir.
Belə ki, ÜAK-ın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin və AM-in Apellyasiya Kollegiyasının qərarlarından verilən kassasiya şikayəti təmin edilməyib.
Bununla da AM Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın hüquqi şəxs kimi dövlət reyestrindən çıxarılması və strukturun legitimlik statusunun alınması barədə qərarını təsdiqləyib.
Xatırladaq ki, ÜAK 2001-ci ildə təsis edilmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın