Rusiya Müdafiə Nazirliyi Afrin əməliyyatına haqq qazandırdı

Rusiya Müdafiə Nazirliyi Afrin əməliyyatına haqq qazandırdı 

Suriyanın şimal-qərbində gərginliyin artmasının əsas səbəblərindən biri ABŞ-ın provokativ addımlar atmasıdır.

Bu barədə Rusiya Müdafiə Nazirliyi yaydığı məlumat məlumatda deyilir:

“Pentaqonun Suriyadakı ABD tərəfdaşı olan qruplaşmalara müasir silahlar verməsi ucbatından Türkiyə Afrinə qarşı əməliyyatlara başlayıb. ABŞ-ın Suriyadakı məsuliyyətsizliyi ölkədəki problemin həllini və Cenevrə prosesini təhdid edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatlarda rus əsgərlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onları Təl-Rüfət bölgəsinə köçürüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi