
Rusiya Müdafiə Nazirliyinin An-22 təyyarəsi qəzaya uğrayıb
Rusiyanın İvanovo vilayətində An-22 təyyarəsi qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyi İvanovo vilayətində "An-22" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
Report.az nazirliyin məlumatına istinadən xəbər verir ki, hərbi nəqliyyat təyyarəsi təmirdən sonra uçuş zamanı qəzaya uğrayıb.
Təyyarə kimsəsiz əraziyə düşüb, ekipajın taleyini müəyyənləşdirmək üçün axtarış-xilasetmə komandası hadisə yerinə gedib.
Nazirlikdən bildirilib ki, bütün halları müəyyənləşdirmək üçün Rusiya Aerokosmik Qüvvələrinin komissiyası hadisə yerinə yola düşür.
***
Rusiyanın İvanovo vilayətində An-22 təyyarəsi qəzaya uğrayıb.
APA.az-ın Rusiya bürosu Ren TV-yə istinadən xəbər verir ki təyyarədə yeddi heyət üzvü olub.
“112” Teleqram kanalının məlumatına görə, qəzaya uğrayan An-22 təyyarəsi Müdafiə Nazirliyinə məxsus olub.
Qəzanın İvanovonun Furmanovski rayonunda baş verdiyi, hazırda təcili yardım xidmətləri hadisə yerində işlədikləri bildirilib.
Hələlik ölən və yaralılar barədə məlumat yoxdur.












Bu xəbər üçün şərh yazın