“Rusiya qələbə qazansa, Çin Tayvana hücum edəcək”

“Rusiya qələbə qazansa, Çin Tayvana hücum edəcək” - ABŞ senatoru

ABŞ Respublikaçılar Partiyasından olan senator Maykl Makkol bəyan edir ki, Ukraynadakı münaqişədə Rusiyanın qələbə qazanacağı halda Çin Tayvana hücum edəcək, Rusiya isə İran və KXDR ilə əməkdaşlığı gücləndirəcək.

Amerikalı siyasətçi qeyd edib: «Əgər Ukrayna süqut etsə, Çinin başçısı Si Tsizinpin Tayvana soxulmağa hazırlaşacaq, İran PUA-ları Krımda yerləşdirməyə başlayacaq, Şimali Koreya isə Rusiyaya artilleriya tədarük edəcək».

Senator həm də bəyan edib ki, hazırda ABŞ hakimiyyətinin qanunvericilik qanadında nəyin karta qoyulduğunun miqyasını anlamırlar.

Rusiya KİV-ləri xatırladır ki, ABŞ və ümumilikdə kollektiv Qərb İran və Rusiyanın davam edən yaxınlaşmasından bərk narahatlıq keçirir, xüsusilə də hərbi sferada. Bundan əvvəl xəbər verilmişdi ki, Moskva tezliklə Tehrana Su-35 qırıcıları tədarük edəcək (Mənbə: /eadaily.com/).

/AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi