Rusiya üçün Abxaziya nədirsə,Türkiyə üçün İdlib də odur- Bu Ərdoğan üçün bir prinsip məsələsidir
İdlib mövzusu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan üçün prinsip məsələsidir.
Faktinfo.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Maksim Yunin deyib.
“Moskva üçün Ukrayna, Abxaziya, Cənubi Osetiya, Dnestryanı nədirsə, İdlib də Ərdoğan üçün odur. Bu regionun gələcəyi sadəcə xarici siyasət deyil, eyni zamanda, daxili siyasətdir. Orada fəaliyyət göstərənlər arasında Türkiyənin dəstək verdiyi xeyli qrup var”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Türkiyə və Rusiya liderləri İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılaşma əldə edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın