Rusiyadan İsrailə ağır cavab - Şoyqu açıqladı
Rusiya yaxın iki həftə ərzində Suriyaya S-300 zenit raket kompleksləri verəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
Qeyd edək ki, İl-20 kəşfiyyat təyyarəsinin Suriyanın Latakiya bölgəsində vurulmasının günahını İsraildə görən Rusiya buna qarşı addım atacağını bildirmişdi.
İsrail bundan öncə Rusiyadan Suriyaya S-300 kompleksləri verməməsi üçün xahiş etmişdi. Rusiya İsrailin xahişinə cavab olaraq, Suriya ilə müqaviləni pozmuş və S-300-lərin tədarükünü dayandırmışdı.
***
İsrailin fəaliyyəti Rusiyanı Suriyada adekvat addımlar atmağa məcbur edib.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
“İsrail təyyarələri vəziyyəti bildikləri halda Rusiya təyyarəsinin yanında gizləniblər, bu da öz növbəsində İl-20-nin vurulmasıyla nəticələnib. Məhz bu bizi Rusiya hərbçilərinin təhlükəsizliyini gücləndirməyimiz üçün adekvat addımlar atmağa məcbur edib”, – deyə o bildirib.Axar.az
Bu xəbər üçün şərh yazın