Rusiyanın sonuncu neft şirkəti İrandan çıxıb
Rusiyanın İranda fəaliyyət göstərən sonuncu neft şirkəti “Zarubejneft” İslam Respublikasını tərk edib.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu şirkət 2017-ci ilin sentyabrında “ZN-Vostok” adlı şirkət təsis edib.
Bu ilin martında isə “Zarubejneft” İran Milli Neft Şirkəti ilə “Aban” və “Qərbi Peydar” yataqlarına xidmətlə bağlı müqavilə imzalayıblar. Bu müqavilə “ZN-Vostok”a verilib. Cari ilin aprelində isə şirkət Tehranda ofis açıb.
Məlumata görə, “Zarubejneft” İrandakı bütün layihələrdən çıxaraq öz payını “Promsıreimporta” verib.
“Zarubejneft”in bu addımı atmasına səbəb kimi ABŞ-ın noyabrın 4-də İranın energetika sahəsinə sanksiya tətbiq edəcəyi göstərilir. Şirkət bu məlumatı şərh etməkdən imtina edib.
Xatırladaq ki, ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq. Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.
Qeyd edək ki, bu ilin avqustunda ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.
Bu xəbər üçün şərh yazın