Rusiyanın Xəzər flotiliyasında etiraz – Dağıstanlılar döyüşdən imtina etdilər

Rusiyanın Xəzər flotiliyasında etiraz – Dağıstanlılar döyüşdən imtina etdilər 

Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatı fonunda Rusiya hərbçiləri döyüş meydanından geri çəkilməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Zaporoje vilayətində Rusiyanın Xəzər flotiliyasından olan 50-yə yaxın etnik dağıstanlı silahlarını yerə ataraq, Ukraynaya qarşı döyüşməkdən imtina ediblər.

“Ukrayna Müdafiə Qüvvələrinin uğurlu əməliyyatları və düşmənin xeyli canlı qüvvə itkisi ilə əlaqədar öz istəyi ilə döyüş mövqelərini getdikcə tərk edən Rusiya işğalçı qüvvələrinin bölmələrində fərarilik halları artır. Xüsusilə, Zaporoje vilayətinin Dorojnyanka kəndi ərazisində Xəzər flotiliyasının 50-yə yaxın etnik dağıstanlı hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib”, - Baş Qərargah bildirir.

Ukrayna mediası iddia edir ki, apreldə 50-yə yaxın rus hərbçi Luqansk vilayətinin Starobil rayonundan Rusiyaya qaçıb. Mayın sonunda Ukraynanın Baş Qərargahı bildirib ki, əmrə tabe olmayan 20-yə yaxın keçmiş məhbus “KamAZ”la ölkələrinə qayıdıblar.

Həmçinin, Luqansk vilayətinin Lisiçansk şəhərində 39 keçmiş məhkum təlim düşərgəsindən qaçıb. İyunda isə 90-a yaxın rusiyalı hərbçi döyüşməkdən imtina edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi