Rusiyaya məxsus PUA öz hərbçilərini vurub –

Rusiyaya məxsus PUA öz hərbçilərini vurub – 60-dan çox rus əsgəri sıradan çıxıb

Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) öz hərbçilərini hədəf alıb.

Bu barədə Kremlyönlü “Telegram” kanalları məlumat yayıb.

Qeyd olunub ki, hadisə rus hərbçiləri Donetskin Opytne kəndindən geri çəkilən zaman baş verib. Geri çəkilən rus hərbçilərinin Ukrayna əsgərləri olduğunu zənn edən Rusiya açıq ərazidə olan hərbçilərini PUA ilə vurmağa başlayıb.

Məlumata görə, hadisə nəticəsində 27 rus hərbçisi həlak olub, daha 34 nəfər isə yaralanıb./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi