Rüstəm və Mariya Rusiyanı belə biabır etdi

Rüstəm və Mariya Rusiyanı belə biabır etdi 

Türkiyənin turistik mərkəzlərindən sayılan Antalyanın Alanya bölgəsində otellərin birində istirahət edən rusiyalı cütlük öz hərəkətləri ilə Rusiya mediasının gündəmini zəbt edib.

Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, Rusiyanın Surqut şəhərindən Türkiyəyə gələn Rüstəm və Mariya cütlüyü oteldən çıxarkən qaldıqları otaqdakı bütün əşya və ləvazimatları oğurlamağa cəhd ediblər.

Otel işçilərinin çantalara baxış keçirdiyi zaman 14 rulon tualet kağızı, 5 litr likör, bir neçə dəsmal, 7 kilo portağal və ən maraqlısı isə otelin həyətindən kökü ilə birgə çıxarılmış çiçəklər aşkar edilib.

Cütlük bu əməlinə görə 231 dollar məbləğində cərimə olunub.

Qeyd edək ki, bu olay Rusiya mediasında böyük əks-səda yaradıb.

Rusiyalı sosial şəbəkə istifadəçiləri bu olaya “Biabır olduq”, “Rusiyaya zərbə vuran bunlardır”, “Özümüzü yenə göstərdik” kimi şərhlər veriblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər