Saakaşvili onu Putinin əmri ilə zəhərlədiklərini deyib – Foto
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvili hüquq müdafiəçisi Mark Feyqinə məktub göndərərək Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə zəhərləndiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Feyqin Saakaşvilinin məktubunun fotosunu sosial şəbəkə hesabında dərc edib.
“Əziz Mark, bayramınız mübarək. Mən çoxdandır sizin fanatınızam və hələ də müntəzəm olaraq izləyirəm. Putin, həqiqətən, məni həbsxanada öldürmək əmrini verdi. Amerikalı toksikoloqlar mənim həbsxanada zəhərləndiyimi dəqiq müəyyən etdilər, hansı ki, bu bütün simptomlarıma səbəb olub. Dözməyə çalışıram. Nəcib işinizdə uğurlar”, - məktubda yazılıb.
Feyqin paylaşımında qeyd edib ki, heç bir şey edilməsə, Mixeil Nikolozoviç (Saakaşvili – red.) öləcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın