Saakaşvilinin sabiq müşavirindən şok iddia: “Gürcüstanda...”

Saakaşvilinin sabiq müşavirindən şok iddia: “Gürcüstanda...” 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müşaviri olmuş Ceffri Silverman respublika ərazisində təhlükəli eksperimentlərin keçirildiyi bioloji laboratoriyaların fəaliyyət göstərdiyini bildirib.

Oxu.Az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Silverman Tbilisidəki Luqar laboratoriyasında hepatit C və digər xəstəliklərlə bağlı təcrübələrin aparıldığınl deyib.

O qeyd edib ki, hökumət, hərbçilər, ABŞ Hərbi-Dəniz Qüvvələri bu istiqamətdə ciddi iş görürlər.

Silvermanın sözlərinə görə, ölkə ərazisində daha 11 xırda laboratoriya fəaliyyət göstərir.

O bildirib ki, Kobuletidəki laboratoriyada Böyük Britaniya Müdafiə Nazirliyinin nəzarəti altında bubon vəbası xəstəliyi ilə bağlı eksperimentlər aparılır.

Sabiq müşavirin daha bir iddiasına görə, Tbilisinin Saakadze meydanında ABŞ hərbi proqramı ilə bağlı olan institut fəaliyyət göstərir. O əmindir ki, bütün kontraktları ABŞ Hərbi-Dəniz Qüvvələri himayə edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi