Saatlıda avtoriteti qardaşı oğlu güllələyibmiş - Şok təfərrüat

Saatlıda avtoriteti qardaşı oğlu güllələyibmiş - Şok təfərrüat 

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.

1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oqtay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMV markalı avtomobildə aşkar edilib.

Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.

Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.

***

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxsin güllələnərək qətlə yetirilməsi hadisəsinin kim tərəfindən törədilməsi məlum olub.

Publika.az-ın xəbərinə görə, aparılan araşdırmalar nəticəsində noyabrın 25-nə keçən gecə saat 01 radələrində 1967-ci il təvəllüdlü Əkbərov Oqtay Saleh oğlunun qardaşı oğlu tərəfindən maşınında güllələnərək öldürülməsi üzə çıxıb.

Məlum olub ki, 1996-cı il təvəllüdlü Əkbərov Saleh Valeh oğlu əvvəlcədən planlaşdırdığı şəkildə əmisinə maşınında baş nahiyəsindən atəş açaraq onu qətlə yetirib. 22 yaşlı oğlanın əmisini hansı səbəbdən qətlə yetirməsi hələlik tam dəqiqləşməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər