Sabiq deputat ağacları məhv etdi, nazirlik araşdırmaya başladı

Sabiq deputat ağacları məhv etdi, nazirlik araşdırmaya başladı 

Faktinfo.az xəbər verir ki, iki gün bundan əvvəl Sabiq deputat Nəriman Əliyevin Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanındakı anbar sahəsini artırmaqla ərazini zəbt etdiyinə dair saytlarda xəbər yayılmışdı. İddialara əsasən, həmin ərazidə şam ağaclarının kəsilərək məhv edildiyi vurğulanırdı.Hətta buna dair ərazinin əvvəlki və indiki görnüşünü əks etdirən fotoşəkillər də xəbərdə verilmişdi.

Hazırda,ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Axar.az-a açıqlamasında sözügedən məsələ ilə bağlı Xidmət əməkdaşları tərəfindən araşdırma aparıldığını bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi