Sabiq deputat: "Təhsil sahəsi son illər inkişafdan geri qalıb"
“Ali təhsil sisteminə müəyyən dəyişiklər edilməsə, yaxşı nəticə əldə olunmayacaq. Bu sahədə bəzi boşluqlar özünü göstərir.
Bu sözləri sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.
O, hansı təhsil sahəsinin son illər inkişafdan geri qaldığını açıqlayıb:
“Ali təhsil sisteminə müəyyən dəyişiklər edilməsə, yaxşı nəticə əldə olunmayacaq. Bu sahədə bəzi boşluqlar özünü göstərir. Müəyyən universitetlər inkişaf üçün addımlar atır və irəliyə getməyi bacarıır. Lakin ali təhsillə bağlı tənzimləmələr vacibdir. Bununla da həmin sahəyə həm maraq artacaq, həm də tələblərə uyğun ixtisaslar yaranacaq və ali təhsil üzrə sahələr formalaşdırılarkən onun tələb prinsipi də əsas götürüləcək.
Bu gün Azərbaycanda 60 min diplomlu, amma işsiz olan müəllim var. Bu heç kimə lazım deyil. Müəllimlər niyə işsiz qalmalıdır? Bazarın tələblərinə uyğun ali təhsil sistemi yaradılmalıdır. Hər il minlərlə müəllim işə qəbul olunur.
Bu gün universitetlərdə bir çox lazımsız ixtisaslar var, onların heç birinə ehtiyac yoxdur.
Məktəbəqədər təhsil müəssisələri belə uşaqların tələbatının 15-20 %-ni qarşılaya bilmir, bu istiqamətdə kadr yaratmağın nə manası var. Təhsil sistemi onu nəzərə almalıdır ki, hazırda hansı ixtisaslar vacibdirsə, onlara uyğun kadrlar formalaşdırılsın. Biz işsizlər ordusumu yetişdiririk?”.
Azedu.az
Bu xəbər üçün şərh yazın