Sabiq nazir və İcra başçısı narahatdır-

Sabiq nazir və İcra başçısı narahatdır- Gözdən Əlillər şikayət edir

Paytaxt Bakıda neçə illik tarixi olan ağacların məhv edilərək yerində qanunsuz tikinti işlərinin aparılması, ekoloji tarazlığın pozulmasına gətirib çıxaran "işlərə" şərait yaradılması heç kimə sirr deyil.

Elə bir müddət əvvəl ,Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun yaydığı birgə məlumata görə, bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yayılan birgə məlumat da bunu təsdiqlədi. faktinfo.az/news/bakinin-xetaibineqedinesimi-ve-nizami-rayonlarinda-qanunsuz-tikintilerle-bagli-cinayet-isi-acildi

O cümlədən, Nərimanov rayonununda baş verənlərlə bağlı da KİV-də konkret faktlar əsasında saysız-hesabsız yazılar dərc edilib.

 Faktinfo.az-ın əldə etdiyi  məlumata görə, hazırda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev daha ciddi bir problemlə üz-üzə qalıb. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin ev almalı olan,amma  ala bilməyən bəzi üzvlərinin müxtəlif dövlət orqanlarına etdikləri şikayət onu da narahat edir.

Belə ki, Nərimanov rayon ərazisində gözdən əlillər üçün tikilən binadakı mənzillərin qeyri-qanuni satılması məsələsində adı hallandırılan şəxslərdən biri də Abdin Fərzəliyevdir. Əldə etdiyimiz  məlumata görə, həmin binanın tikintisinə və mənzillərin bölüşdürülməsinə nəzarət o zaman sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə  həvalə edilib.Lakin bu gün məhkəmə istintaqına təkcə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev cəlb edilib. Bu anlaşılmazlıq isə milyonlarla pulu batan və evsiz qalan gözdən əlilləri  çaşqın vəziyyətə salıb. Çünki,vaxtilə nazirliyin və İcra Hakimiyyətinin adından pul yığan şəxslər hazırda xaricdə  gizlənir. Belə olan təqdirdə  isə hər kəs günahı bir-birinin üstünə ata bilir. 

Hazırkı situasiyada Səmiyar Abdullayev məsuliyyəti üzərinə götürəcək,yoxsa həqiqəti danışacaq məsələsi isə  tərəflərə qaranlıq qaldığından  sabiq nazir  və İcra başçısı narahatdır. Aldadılan bəzi gözdən əlillər isə şikayət edir.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi