
“Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək
“Sabirabad-konserv” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq 16 oktyabr 2026-cı il tarixində, saat 15:00-da Sabirabad şəhəri, Vidadi küçəsi 1 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə cəmiyyətə yeni icraçı direktorun seçilməsi məsələsi daxil edilib.
Qeyd edək ki, “Sabirabad-konserv” ASC 25 mart 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 838 min 410 manat təşkil edir. Cəmiyyətin qanuni təmsilçisi Elman Şıxəliyev Asif oğludur./Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın