Sahil Babayev növbəti SƏHVİNİ ETDİ... - REAKSİYA
Bir qrup qazinin üzləşdiyi qanunsuzluqlara etiraz olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısını sındırması olayı cəmiyyətdə böyük rezonansa səbəb olub.
Demək olar ki, cəmiyyətin müxtəlif təbəqələri bu olaya görə nazir Sahil Babayevi sərt tənqid edib.
Ancaq deyəsən, Sahil Babayev bu qınaqlardan nəticə çıxarmaq əvəzinə qaziləri üz -üzə qoymaq istəyir.
Dünən bir neçə qazini nazirliyə toplayan rəhbərlik onlarla fotolar paylaşıb. Həmin fotoların təqdimatında ölkəmizdə qazilərin qayğısız olduğunu ifadə etməyə çalışıblar.
Nazirliyin bu addımı da sosial şəbəkələrdə narazılıqla qarşlanıb.
44 günlük Vətən savaşında komandir kimi iştirak edən Fərəc Kərimli Gununsesi.info-ya açıqlamasında Sahil Babayevin növbəti səhv addım atdığını bildirib:
“Bu gün növbəti səhv addım atılıb. Bir qrup müharibə iştirakçısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yığıb belə bir görüntü veriblər.
Bu addım qazilər arasında nifaq salmaqdır, ayrıseçkilikdir. İndi nə demək istəyirsiniz? Demək istəyirsiniz ki, o gün nazirliyin qarşısında etiraz edən, əli-ayağı, gözü olmayan qazilərin sizə, hakimiyyətə dəxli yoxdur? Nədir bu görüntünün izahı?”
Fərəc Kərimli deyib ki, ömründə problem nədir bilməyən “gül balaların” axmaq ideyasıyla belə şəkil çəkdirib yayaraq, bir qrup qaziyə şərait yaradıb, problemlərini həll edib, əksəriyyətini isə ağır problemləri ilə baş-başa buraxıb bu cür oyun oynamaq heç kim tərəfindən ən yumşaq formada desək, xoş qarşılanmayacaq.
Bu xəbər üçün şərh yazın