Sahil Mühafizə xidməti ilə bağlı ŞOK FAKTLAR-

Sahil Mühafizə xidməti ilə bağlı ŞOK FAKTLAR- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da...

Dövlət Təhükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəislərinin saxlanıldığı ilə bağlı məlumat verildi.

 Həbs olunan DSX əmkdaşları sözügedən rayonlarda olan hərbi hissə komandirləridir.

 Hazırda bu şəxslərlə əlbir işləyən, dənizçilərdən pul toplayıb DSX-nın zastava komandirlərinə verən şəxslərin və balıqçıların dindirilməsi davam etdirilir.

 DSX-nın Sahil Mühafizə idarələri rəislərinin bu iyrənc əməlləri barədə illərdir mətuatda müxtəlif formalı məlumatlar yer alıb. Amma son günlərə kimi bu barədə heç bir araşdırma aparılmayıb. Əslində nə baş verib və Sahil Mühafizə idarələri rəisləri hansı qanuna zidd əməllərlə məşğul olublar?

 

Ötən gün həbs olunan şəxslərin və bu istiqamətdə illərdir baş verən qanunazidd əməllərinin bütün incəlikləri ilə bağlı ətraflı bilgilər var.

 

Əslində necə olmalıdır?

 

Qaydalara görə, Sahil Mühafizə Xidməti əməkdaşları dənizin sahil mühafizəsi ilə məşğuldur. Yəni, onlar dənizə - balıq tutmaq, istirahət etmək üçün rəsmi qayıqlarla girən şəxslərə nəzarət mexanizmini həyata keçirir. Bu şəxslər qayıqla dənizə girərkən və ya çıxarkən baxış həyata keçrir. Adından da göründüyü kimi, bu DSX əməkdaşlarının işi dəniz yolu ilə ölkəmizə gətirilən və ya ölkəmizdən çıxarılan qanuna zidd halların qarşısını almaqdır.

 

Qanuni qayda belədir...

 

Dənizə qayıqla girmək istəyən şəxslərə Sahil Mühafizəsi tərəfindən (bu pulla satılır)  - Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi adlı kitabça verilir. Bu kitabçada kimin dənizə hansı məqsədlə girdiyi qeyd olunur və möhür vurulur. Qayığa DSX əməkdaşları tərəfindən baxış keçirilməli, bu şəxslərin dənizə hansı məqsədlə getdiyi öyrənilməli və təlimatlar verilməlidir. Yalnız bundan sonra üzməyə icazə möhürü vurulur.

 

Qaydalara görə, bu şəxslərə 4 mil məsafədən artıq dərinliyə getməyin yasaq olduğu barədə məlumat verilməli və saat 18:00-da dənizi tərk etmələri tapşırılmalıdır. Həmçinin dənizdən qayıdan qayıq yenə də Sahil Mühafizəsinin nəzarəti altında baxışa alınmalı, dənizə gedən şəxslərin hamsının qayıtdığı dəqiqləşdirilməlidir və yenidən möhür vurulmalıdır. Bütün bu qaydalar Sahil Mühafizəsi əməkdaşları tərəfindən dəqiqiliyi ilə yoxlanmalı və həyata keçrilməlidir.

 

Bəs hazırda necədir?

 

DTX-nın keçirdiyi əməliyyat zamanı DSX-nın Sahil Mühafizə idarələri rəisləri isə bütün qaydaları kənara qoyaraq uzun illərdir qanunazidd əməllrini davam etdirirdilər. Onlar Sahil Mühafizə zastavasının rəisləri vasitəsilə, əsasən balıq ovlamaq üçün dənizə girən balıqçılardan aylıq haqq toplayırdılar. Bu aylıq haqq bütün sahilboyu rayonlarda balıqçılıqla məşgul olan şəxslərdən alınır.

 

Elə isə maraqlı bir sual ortaya çıxır. Balıqçılar nədən bu şəxslərə aylıq pul ödəyirlər? Burda hansı səbəblər var?

 Yuxarıda qeyd etdiyimiz kimi, balıq tutmaq üçün qanuni icazəsi olan balıqçılara 4 mildən artıq məsafədən artıq uzaqlaşmaq qadağandır. Həmçinin qanuni qaydada balıq ovlama vasitələri standartlardan kənar olmamalıdır.

 

Balıqçılar (brokonyerlər) isə 4 mildən artıq məsafəyə üzür və balıqovlama vasitələri standartdan kənardır. Bu səbəbdən də Sahil Mühafizə idarələrinin rəsilərinə aylıq pul odəyərək bir qədər dərin sularda və standartdan kənar ovlama vasitəsi ilə balıqovlama həyata keçirirlər.

Amma burada başqa bir incə məqama da diqqət etmək lazımdır ki, işin ən maraqlı tərəfi də budur.

Ümumiyyətlə balıq ovu bir neçə formada həyata keçirlir.

 

1. Qarmaqla balıqovlama... (Sancaq)

2. Xüsusui hazırlanmış torlarla balıqovlama (yalnız sap torlarla)

3. "Kalada" deyilən kütləvi balıqovlama vasitəsi

 

Bu balıqovu vasitələrindən yalnız birincisi - qarmaqla balıqovlama ilin bütün fəsillərində qadağan deyil.

2-ci balıqovlama vasitəsi yalnız xüsusi vətəgələr vasitəsi ilə standartlara uygun olaraq, sap torlarla həyata keçirilir və balığın standartlara uygunlugu, cinsi və sair qanunamüvafiq hallar nəzərə alınır.

3-cu dediyimiz "Kalada",  kütləvi balıqovlama vasitəsi olan qarmaq vasitəsi isə əsasən dərin sularda və böyük brokonyerliklə məşgul olan şəxslərin əməlidir ki, bu barədə aşağıda ətraflı məlumat vercəyik. 

 

Balıqovlamada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolu nədir?

 

Balıqovlama qaydaları və bunlara nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları nəzarət edir. Kimlərin hansı balıqları ovlamasına icazəni Ekologiya və Təbii Sərvətlər nazirliyi verir. Amma təəssüflər olsun ki, bu nazirlik əməkdaşları da elə DSX rəisərinin əməlini təkrar edir. Bu barədə növbəti yazılarımızada ətraflı məlumat verəcəyik...

 

Balıqovlama qaydalarına DSX Sahil Mühafizəsi qarışa bilməz. Sahil Mühafizəsinin işi yalnız dənizə gedən və qayıdan qayığa baxış keçirmək, vətəndaşların kimliyini yoxlamaq və onların məqsədlərini öyrənməkdən ibarətdir.

 

Ötən gün həbs edilən və hazırda araşdırması aparılan DTX-nın keçirdiyi əməliyyat zamanı Dövlət Sərhəd Xidmətinin Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəislərinin əməllərindəki qanunazid hal yalnız balıqçılardan aylıq pul alaraq onların dənizə niyə girdiklərinə, balıovlama vasitələrinin standartdan kənar olduğu halda göz yummaları və mühafizə işinə laqeyd yanaşmalarıdır. Təbii ki, bu halların baş verdiyi barədə DSX rəhbərliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev illər uzunu məlumatlı olub və toplanan aylıqlardan bu şəxslərə də çatıb. Əks təqdirdə pul toplama işini həyata keçirən zastava rəisləri bir gün bu postda işləyə bilməzdi.

 

Böyük brokonyerlər...

 

Ötən günlərdə Xəzərin Qazaxstan sərhədlərini keçən və qonşu ölkənin sərhədçi qayıqları tərəfindən azərbaycanlılara məxsus brokonyer qayığının vurulması və nəticədə bir nəfərin ölümü, bir neçə nəfərin yaralanması barədə ətraflı məlumat verilmişdi. Bu hadisə nəticəsində Azərbaycanla Qazaxstan arasında az qala ciddi siyasi konflikt də yaranırdı.

 

Əslində bu ilk hal deyil və hər il onlarla belə hallara rast gəlinir. Azərbaycan balıqçılarının Qazaxstan sularında tutulması halı artıq adi hala çevirilib.

Elə isə maraqlıdır.... "Bayda" deyilən, heç bir standarta uygun olmayan gəmiyəoxşar bu qayıqları dənizə kimlər buraxır? Bu bahalı "Bayda"lar kimlərindir və onların ölkə sərhədlərindən kənara çıxmasına və tonlarla balıq ovlamasına kimlər şərait yaradır? "Bayda" sahibləri bunun müqabilində kimlərə ayda nə qədər haqq ödəyir? Bu ağır və məsuliyyətli işin altına kimlər girir? "Bayda"ların dənizə icazəsi zamanı DSX əməkdaşları hara baxır? Baxış zamanı qanunsuz və kütləvi balıqovlama vasitəsi sayılan saysız "kalada" avadanlığını DSX əməkdaşları niyə görmür?

 

DSX rəisi Elçin Quliyevin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin bundan xəbəri yoxdurmu? Bu böyükhəçimli qustar üsulla hazırlanmış "Bayda"lar ölkənin dəniz sərhədlərini neçə keçib Qazaxıstan sularına çatır? Sahil Mühafizəsinin olduqca bahalı izləmə və nəzarət avadanlıqları bu gəmiyəoxşar "Bayda"ları görmürmü? Bu günə kimi Azərbaycanın DSX rəsmiləri bir dəfə belə üzmə vasitəsi olan "Bayda"ları saxlamayıb. Niyə? Bu suallara kim aydınlıq gətirəcək?

Bölgələrdə aylıq haqq verməyən, bir iki balıq ovlamaq üçün piyada "kombinzon"la suya girən kasıb adamlara "qanunsuz suya girmisən" deyib cərimələyən və hətta həbs etdirib 3-5 il cəza almasına şərait yaradan DSX rəisləri bu yekəlikdə "Bayda"ları, milyonlarla oynayan "brokonyer"ləri niyə görə bilmir?

 

Bu hallardan DSX rəisi Elçin Quliyevin xəbəri yoxdurmu? Əlbətdə var.

 

Sadəcə 200-300 min manatdan baha qiyməti olan, ölkə dəniz sərhədlərini asanlıqla keçib Qazaxıstan sularında at oynadan və tonlarla balıq gətirən "Bayda" sahibləri yaxşı aylıq haqq verdiyi üçün onlara göz yumulur. Pirallahı rayonunda dəniz sahilinə gedib bu "Bayda"ları görmək olar, onların hansının sənədinin olub olmadığını da yoxlıamaq olar. Onların hansı tarixdə suya girib, hansı tarixdə dənizdən çıxdığını da asanlıqla görmək olar. Məhz dənizi talayanlar bunlardır.

 

Odur ki, ötən gün həbs edilən Dövlət Sərhəd Xidmətinin Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri ilə yanaşı bu əməlləri bilib illərdir pul qazanan yüksəkrütbəli DSX rəisləri da həbs olunmalıdır. İndi DSX rəisi Elçin Quliyev necə deyə bilər ki, bizim bu "Bayda"ların fəaliyyətindən xəbərimiz yoxdur. Əgər yoxdursa, o zaman Xəzərin mühafizə edilməsi üçün alınan milyonluq izləmə avadanlıqlarımız hansı işi görür?

 

Axı bu qayıqlar dövlət sərhədlərini keçib neytral zonada saatlarla qalır, daha sonra Qazaxıstan sularına keçir, bir -iki gün sonra isə yenə geri qayidIr? Bir də bu qayıqlar qayıdarkən ancaq balıq gətirirmi? Bəlkə başqa nələrsə olur bu qayıqlarla... Araşdırın cənablar... Araşdırın ki, əsl brokonyer kimdir? Və daha kimlər həbs olunmalıdır? Həbs olunmalı adamlar nə qədər pul qaznıblar? Onların pulunun çəkisi nə qədərdir. Nəzərə alaq ki, söhbət balıq və qara kürüdən gedir.../Bizimxeber.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi