Şahmar İbadova qarşı məhkəmə başladı
“Rabitəbank” ASC-nin Nərimanov Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini, Prezident Administrasiyasının İşlər İdarəsinin sektor müdiri Şahmar İbadova qarşı iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib.
Pravda.az-ın əməkdaşı Ş.İbadovla əlaqə saxlayıb. O məlumatın yalan olduğunu bildirib və məhkəmənin hələ başlamadığını qeyd edib.
Xatırlatma: “Rabitəbank” ASC Nərimanov Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini, Prezident Administrasiyasının İşlər İdarəsinin sektor müdiri Şahmar İbadovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Bank məhkəmədə məmurla bağlı kredit müqaviləsi üzrə iddia tələbi irəli sürüb. Lakin kreditin məbləği qeyd edilməyib.
Qeyd: Ş.İbadov 2020-ci ilin noyabrında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub. O, Prezident Administrasiyasının İşlər İdarəsində sektor müdiri təyin edilib.
Xatırlatma: Ş.İbadovun oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə E.İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Hökmdən narazı qalan E.İbadov apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, E.İbadovun apellyasiya şikayəti təmin olunub, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın