Şairin evi qəzalı vəziyyətdədir-

Şairin evi qəzalı vəziyyətdədir- "Çalış evin başına uçmasın"-Video

Nərimanov rayonu Asim Məmmədov küçəsi ,mənzil 1-də yaşayan şair-publisist ,həkim Kazımlı Fəzail İsmayıl oğlunun (ədəbi təxəllüsü Fəzail İsmayıl Böyükkişi) evi qəzalı vəziyyətdədir,o ailə üzvüləri ilə çətin şəraitdə yaşayır.

Bu barədə Faktinfo.az-a məlumat göndərən Fəzail İsmayıl Böyükkişi onu da bildirir ki,o hər gün  ailə üzvüləri ilə bərabər Uca Allaha dua edir,yağış yağmasın.Çünki,yağış yağdığı təqdirdə yaşayış sahəsi 13 kvadrat metr  ev və ona calaq şəklində birləşdirilmiş  1 kvadrat yarım olan mətbəx suya qərq olur,dözülməz bir vəziyyət yaranır.

Faktinfo.az –ın  elektron ünvanına göndərilən məlumatda o da bildirilir ki,yaranmış vəziyyətlə bağlı şair-publisist,həkim Kazımlı Fəzail bir müddət əvvəl  Azərbaycan Respublikasının Prezident Administrasiyasına məktub ünvanlayıb,dəfələrlə Mənzil  Komunal İstismar İdarəsinə müraciət edib,eləcə də Nərimanov rayon İcra Hakimiyyəti başçısının  1-ci müaviniŞahmar İbadovun qəbulunda olub.Uzun söhbətdən sonra icra başçısının müavini şairə ancaq təsəlli verə bilib.Ş.İbadov məsləhət bilib ki,çalış evin başına uçmasın.

Onu da qeyd edək  ki,şair-publisist,həkim Fəzail İsmayıl Böyükkişi ümumi yaşayış sahəsi  çox kiçik olan evdə son 5 ildə 6 kitabın müəllifi olub.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi