Şairin səhhəti pisləşdi- Fəzail İsmayıl Böyükkişi Gədəbəyə aparılır
Səhəti ağırlaşan şair-publisist Fəzail İsmayıl Böyükkişinin təkidi ilə ailəsi onu doğulduğu Gədəbəy rayonuna aparır.
Faktinfo.az-a bu barədə şairin ailəsi məlumat verib.Sayta verilən xəbərə görə,şairin vəziyyətinin ağırlaşmasına səbəb 17.03. 2017-ci il tarixində Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov tərəfindən döyülərkən aldığı xəsarətin şiddətlənməsidir.
Onu da qeyd edək ki,bir müddət əvvəl AYB-nin inzibati binasında Rauf Aslanov tərəfindən şair Fəzail İsmayıl Böyükkişinin döyülməsinə dair KİV-lərdə yazılar dərc edilmiş onun iki ön dişinin sınması ,insult keçirməsi,ağır bədən xəsarəti aldığı ilə bağlı xəbər yayılmışdı. Bundan sonra Səbail RPİ-nin 39-cu polis bölməsində təhqiqat araşdırması aparılmış və toplanmış material üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
Verilən məlumatda o da bildirilir ki, F.İ. Böyükkişinin hüquq mühafizə orqanlarının rəhbərlərinə,o cümlədən Ombudsman Elmira Suleymanovaya ünvanladığı məktubdan sonra həmin material öyrənilmiş,ərizə və izahatlarda göstərilən xüsusatlarin hərtərəfli,tam və obyektiv yoxlanılması məqsədilə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilib əlavə araşdırmaya qaytarılması üçün Bakı Şəhər Prokurorluğu qarşısında təxminən üç ay əvvəl vəsadət qaldırılıb.Lakin bu qədər vaxt keçməsinə baxmayaraq F.İ.Böyükkişiyə heç bir məlumat verilməyib.
Faktinfo.az-a göndərilən tibbi sənəddən görünür ki, F.İ.Böyükkişi onda baş qaldırmış ağrılara görə 04.06.2018-ci ildən 08.06.2018-ci il tarixinədək Kliniki Tibbi Mərkəzdə müalicə də alıb.Ona təqdim olunan epiqrizdə qeyd olunur ki,Kazımov Fəzail İsmayıl oğlu (ədəbi təxəllüsü Fəzail İsmayıl Böyükkişi) beyin infarktından, o cümlədən Hipertoniya xəstəliyi 3-cü mərhələ ,sol tərəfli hipisindrom Diplopiya xəstəliyindən əziyyət çəkir.
Faktinfo.az
Lətafət Orucqızı
P.S. Onu da qeyd edək ki,şair-publisist Fəzail İsmayıl Böyükkişi tərəfindən bir müddət əvvəl sayta digər məlumatlar verilmişdi.Onun gizli nömrədən təhdid olunması, Rauf Aslanovun oğlu ilə bağlı AAK sədri Vəli Hüseynova müraciəti və digər məsələlərin araşdırma tələb etdiyini nəzərə alıb hələlik məlumat verə bilmirik.
Bu xəbər üçün şərh yazın