Salman haqda 10 fakt: Onunla bir gecəyə 10 milyon...

Salman haqda 10 fakt: Onunla bir gecəyə 10 milyon... 

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Kral Salmanın oğludur. O, 2017-ci ildə krallığın yeni varisi elan edilib. Lakin əksər insan onun haqqında çox az məlumata malikdir.

Bu barədə Yutub video şəbəkəsindəki "Bunlar qaçmaz" kanalında qeyd edilib. Sözügedən videoda Məhəmməd bin Salman haqqında 10 maraqlı məlumat yer alıb.

Həmin məlumatları təqdim edirik:

1. 33 yaşlı Salman krallığın ən gənc rəhbəridir.

2. O öz qohumu Məhəmməd bin Nayifin yerinə təyin edilərək yeni varis olub.

3. Salmanın krallığın taxtına oturduqdan sonra ölkədə böyük dəyişikliklər edəcəyi gözlənilir. Onun ölkəsinin müasirləşməsi üçün 2030-cu ilə dair böyük planı olduğu bildirilir.

4. O, Kral Suud Universitetinin hüquq fakültəsini bitirib.

5. Salmanın anası Kralın 3-cü arvadı Faxta bint Felah bin Sultandır.

6. Məhəmməd bin Salman Ciddə şəhərində anadan olub. Sara bint Məşhur əs-Səudla evlənib və 3 övladı var.

7. Gənc vəliəhd krallığın varlığını davam etdirə biləcək yeganə şəxs hesab olunur.

8. Onun boyunun 182 sm olduğu ehtimal edilir.

9. Salmanın çox lüks bir həyat tərzi sürdüyü bildirilir. Buna sübut kimi onun 500 milyon avroya yaxta alması göstərilir.

10. Vəliəhdin çox eşqbaz biri olduğu deyilir. Onun erməni əsilli model Kim Kardaşyanla bağlı dediklərini xatırlamaqla bunu anlamaq olar:

"Repçi Kanye Vest və mahnıları ilə maraqlanmıram. Amma arvadı Kim Kardaşyan xəzinədir. Bir gecəlik yanımda olsa, ona 10 milyon dollardan çox pul verərəm".

Bu, Salmanın ilk belə cəhdi deyil. O, Donald Trampın qızı İvanka ilə bağlı da oxşar fikir səsləndirib. Salman İvankaya bir gecə üçün 200 dəvə təklif edib. O, İvanka haqqında bunları deyib: "İkimiz də böyük ailənin üzvüyük. İstərdim ki, İvanka ilə mənim uşağımız olsun".

Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi