Şamaxıda məktəb direktoru müəllimlərdən rüsvət tələb edir
Şamaxı rayonunda məktəb direktoru rüşvət almaqda ittiham olunur.
AzNews.az xəbər verir ki, rayonun şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın, rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən siyahı üzrə pul tələb etdiyini əks etdirən səs yazısı daxil olub.
Səs yazısında direktor müəllimlərdən ötən aydan ödənilməyən işıq pullarının və hər ay yığılan “aylıq” pulların verilməsini tələb edir: “Sonra deməyin ki, maaşı aldım, vacib oldu xərclədim. Bəri başdan işiq pulunu və aylığı verin”.
soundcloud.com/user-214089243/ses-yazisi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın