Samsung ABŞ- a 380 milyon dollarlıq sərmayə qoyacaq

Samsung ABŞ- a 380 milyon dollarlıq sərmayə qoyacaq 

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung ABŞ-da 380 milyon dollarlıq fabrik açmağı planlaşdırır.

Faktinfo.az xəbər verir ki, Samsung firmasından edilən açıqlamada ABŞ-ın Cənubi Karolina ştatında 2020-ci ildə açılacaq 380 milyon dollarlıq fabrikin bölgədə 954 adamı işlə təmin edəcəyi ifadə edilib. Samsung Electronicsin yüksək səlahiyyətli şəxsi B.K. Yoon ABŞ bazarının şirkət üçün "ən sürətli böyüyən və ən əhəmiyyətli istehlakçı bazarı" olduğunu vurğulayıb.

Xatırladaq ki, firmanın bu günə qədər ABŞ-da 10 milyard dollardan çox investisiya yatırdığı vurğulanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi