Sata-satdı, indi də“Qarabağ tarixi” kitabından pul qazanılır
Məlum olduğu kimi, ərazilərimizin 20%-i işğal altındadır, 1 milyona yaxın soydaşımız qaçqın, köçkün vəziyyətinə düşüb, sözdə atəşkəs rejimi olsa da, əslində müharibə vəziyyətindəyik.
Eyni zamanda, informasiya müharibəsi, təbliğat savaşı gündən-günə qızışır. Elə buna görə də, bu gün yetişən yeni nəslin vətənpərvərlik ruhunda böyüməsi çox vacibdir.
Faktinfo.az xəbər verir ki, belə bir şəraitdə Qarabağın tarixinə dair dərs vəsaitinin pulla satılması acı təəssüf doğurur. Axı,o kitabları almağa bir çoxlarının maddi imkanı yoxdur. Başqa bir dərsliyin pulla satılmasını bəlkə də anlayışla qarşılamaq olardı. Qarabağla bağlı kitabdan qazanc güdmək istəyini isə ağıla gətirmək təəssüf doğurur.Digər bir tərəfdən “Qarabağ tarixi” kitabında Qarabağla bağlı əhatəli və müfəssəl bilgi qeyd olunmayıb.Eləcə də Qarabağın tarixi bu kitab üzərindən məktəblərdə normal tədris olunmur.Sadəcə məqsəd odur ki,valideyinlər evladlarına bu kitabı almaqla kimlərəsə yüz min manatlar qazandırsın.
Bu isə o anlama gəlir ki,təhsildə təkcə “Qarabağ tarixi” kitabından qazanc götürülməmişdi, indi nəfsnə qul olanlar bunu da alver predimetinə çeviriblər.Yaxşı halda bu kitabı pulsuz çap edib 8-ci sinif şagirdlərinə pulsuz paylamayanlar bilsin ki,bunun mənəvi tərəfi iqtisadi tərəfindən daha güclüdür.Bu kitabın satışını alver predimetinə çevirmək dövlətçilik baxımından,eləcə də işgal altında olan Dağlıq Qarabağa dair aparılan siyasətə də ziddir.Bu səbəbdən Təhsil Nazirliyinin rəhbər şəxsləri düşünməlidir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın