Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan AÇIQLAMA

Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan AÇIQLAMA 

Globalinfo.az xəbər verir ki, YAP-ın Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

“Saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam”.

O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib:

“Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza”.

***

Hüquq-mühafizə orqanlarından bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Xaçmaz rayonunda korrupsiya əməliyyatı keçirilməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi