Səbail icra başçısının müavini vəzifəsindən azad edildi –Yerinə yeni şəxs təyin olundu

Səbail icra başçısının müavini vəzifəsindən azad edildi –Yerinə yeni şəxs təyin olundu 

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib.

Bununla bağlı RİH başçısı Vüqar Zeynalov müvafiq əmr imzalayıb.

V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxməmmədov təyin olunub. O, bundan öncə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi