"Səbail Rayon Məhkəməsinin sədri qanunları tapdayır,

"Səbail Rayon Məhkəməsinin sədri qanunları tapdayır, hüquqlarımı pozur" – General oğlu bəyanat yaydı

Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun keçmiş kürəkəni Vüqar Nağıyev, onu vəzifəsindən sui-istifadə etməklə qanunsuz əməllər törətməkdə ittiham edib. Bu barədə afn.az məlumat verib.

V.Nağıyevin sözlərinə görə, A.Qafarov öz vəzifəsindən istifadə edərək proseslərin gedişinə və mübahisələrin qanuni həllinə müdaxilə etməklə, onun hüquqlarını pozur: “Məni izlətdirir, təzyiq altında saxlayır. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mübahisənin yaranmasına səbəb Ağamalı Qafarovun qızı Türkan Nağıyeva (Qafarova) ilə 09 aprel 2010-cu il tarixdə girdiyimiz rəsmi nikahın pozulması olub. Qeyd edim ki, birgə nikahdan 13.08.2011-ci il təvəllüdlü Nağıyev Murad Vüqar oğlu və 20.10.2015-ci il təvəllüdlü Nağıyeva Siyara Vüqar qızı adlı iki övladımız doğulub".

Boşanmağımızdan xəbərim olmayıb

Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin sədri (Tofiq Paşayev) 05 iyun 2018-ci il tarixli 2(005)-1392/2018 saylı qətnaməsi ilə bizim aramızda olan nikah,mənim iştirakım və xəbərim olmadan pozulub, birgə nikahdan doğulmuş uşaqlarımız anaları T.Nağıyevanın yanında saxlanılıb; mənə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 300 manat olmaqla aylıq 600 manat məbləğində aliment kəsilib. Şübhə yoxdur ki, bu qərarlar keçmiş həyat yoldaşımın atası Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun müdaxiləsi ilə çıxarılıb. Halbuki əgər ata rəsmi olaraq çalışmırsa, bir uşaq üçün maksimum alimentin miqdarı 165 manatdır.
Qeyd etdiyim kimi, bu qətnamənin mövcudluğundan xəbər tutduqdan sonra apellyasiya şikayəti vermişəm. Belə ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Quliyev Ramin Nizaməddin oğlu (atası rüşvətlə tutulan icra başçısı Nizaməddin Quliyevdir – red.) çıxardığı qətnamənin mənə verilməsini təmin etməyib. Faktiki ayrıldığımız gündən uşaqlarımız keçmiş həyat yoldaşımın himayəsində qalıb. Lakin mənim uşaqlarla görüşmək istəyimə məhz atasının təhriki ilə keçmiş həyat yoldaşım imkan verməyib.

Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov qanunları tapdayır, hüquqlarımı pozur –


Qızımı anası öldürüb, bunu etiraf da edib

Məsələ ondadır ki, birgə nikahdan olan azyaşlı qızım 20.10.2015-ci il təvəllüdlü Nağıyeva Siyara Vüqar qızı 15 iyun 2019-ci il tarixdə anası Nağıyeva (Qafarova) Türkan Ağamalı qızının himayəsində olarkən, anasının həmişəki kimi diqqətsizliyi üzündən hovuzda boğularaq vəfat edib. Bu ölüm faktı ilə bağlı Bakı şəhər Nəsimi Rayon Prokurorluğunda hadisədən 3 gün keçsə də, qanuna uyğun olaraq qeydiyyat belə aparılmayıb. Mənim etirazımdan sonra prokuror Salman Məmmədli gec də olsa iş açsa da, onunla Tural adlı müstəntiq birləşib məsələni yenə də araşdırmadılar. Bu da azmış kimi, qızımın ölümündə anasının günahkar olduğunu bildiklərini və faktların bunu sübut etdiyini dedikləri halda, A.Qafarovla yaxın münasibətlərinin olduğunu qeyd edərək mənə “optimal yol seçməyi” təklif etdilər. 

Qızımın ölümündə anası birbaşa günahkardır: himayəsində olan azyaşlıya etinasızlıq, onun böyüklər üçün olan hovuza qolluqsuz buraxılması, 20-30 dəqiqə nəzarətsiz qoyulması məhz ananın günahıdır. Üstəlik, hovuzun kənarında ola-ola mobil telefonla məşğul olaraq qızıma diqqət yetirməyib.
Qızımın ölümündən aylarla vaxt ötdüyünə baxmayaraq, mən bu günə qədər ölüm kağızını almamışam. Prokurorluq tərəfindən hadisə ilə bağlı mənə rəsmi cavab verilməyib.

Türkan Nağıyeva (Qafarova) uşağın baxılmasına məsuliyyətsiz yanaşmasını, özünün qəsdən nəzarətsiz buraxıb öldürdüyünü mənimlə və bacımın qızıyla mübahisə zamanı da etiraf etdi. Bununla bağlı faktlar – vatsap yazışmalarımız var. Boşandıqdan sonra o, uşaqları evdə tək qoyub gedirdi, onların təmizliyinə, dərslərinə nəzarət etmirdi. Oğlumun səs yazısı var ki, necə psixoloji təsir altında saxlayırlar. Mənlə görüşmək istədiyini bildirdikdə icazə vermirlər. Onlar oğlumu ölən bacısının otağında saxlayırlar, onun hissləri ilə, psixologiyası ilə oynayırlar. Oğluma alıb verdiyim telefonda mənim və ailə üzvlərimin nömrələri bloka salınıb, oğlumun səs yazısı var, ağlayır mənimlə görüşmək üçün”.

Atası rüşvətlə tutulan hakimin ədalətsiz qərarı...

Oğlu ilə görüşmək üçün məhkəməyə müraciət etməyə məcbur olduğunu deyən V.Nağıyevin sözlərinə görə, yenə A.Qafarovun təzyiqi və təsiri ilə Nərimanov Rayon Məhkəməsinin hakimləri Ramin Quliyev, Vüqar Quliyev, Tofiq Səmədov və Solmaz Ədilova məhkəmə proseslərində ona maneə yarada-yarada, faktları, fotoları, yazışmaları gözardı edə-edə onun xeyrinə qətnamə çıxarmaqdan imtina ediblər. Şikayətçinin sözlərinə görə, hətta vəkilliyini edən adamları da qarşı tərəf ələ alıb və bununla bağlı Vəkillər Kollegiyasına müraciət edəndə açıqca A.Qafarovun adı çəkilib. V.Nağıyev iddia edir ki, keçmiş qaynatası A.Qafarov hətta nəvəsinin ölümündən də istifadə edib var-dövlət toplamaqla məşğuldur. 

Belə ki, birgə nikah zamanı övladlarının gələcəyi üçün aldığı daşınmaz əmlaka indi A.Qafarovun “əl qoyduğunu” deyən şikayətçi, bununla bağlı da işin məhkəmədə olduğunu, qarşı tərəfin yenə məhkəmələrə təzyiq etdiyini deyir:“Mən övladımı sağlam verdim meyitini aldım, onun cansız cəsədini öz əllərimlə yuyub torpağa tapşırdım. İndi də o biri övladımı məndən almaq istəyirlər. Hər ay 1300-1500 manat pul ödədiyim halda oğlum köhnə paltarların içində qalıb, məktəbə utana-utana gedir. Onun anası isə öz əyləncəsindən qalmır. Hətta qızımın 40-ı çıxan kimi öz anası Natella Qafarova ilə Antalyaya öz dililə desək, “stres atmağa” getmişdi. Mən qızımızın yenicə rəhmətə getdiyini bildirdikdə, o, atasi Qafarov Agamali yaşlı, ziyalı general-mayor rutbəli atama zəng edərək nalayiq sözlər işlətdi, hətta öz nəvəsi haqda “ölüb, ölüb cəhənnəmə ölüb, mənim adımı pressada hallandırma” deyə cavab verdi. Onlar heç qızım Siyaranın məzarına belə gəlmirlər. Yas mərasimində ailəlikcə etdikləri hərəkətləri ora gələn hər kəs gördü. A.Qafarovun kiçik qızı Ülkər Babayeva, oğlu Kamran Qafarlı mənə və ailəmə, anama qarşı tərbiyəsiz hərəkətlərə yol verdilər. Onlar üçün əzizinin ölümü anlayışı yoxdur, sadəcə öz maraqları, tamahları var.

A.Qafarov həmçinin oğlum Muradı mənim icazəm olmadan Solmaz Ədilovanın qətnaməsi ilə qanunsuz olaraq ölkədən çıxarıb. Mənə məxsus evi isə hədə-qorxu ilə əlimdən alıb qızının adına salıb. Hansı ki, o evi mən anasına deyil, gələcəkdə ogluma bağışlamağı nəzərdə tuturdum. A.Qafarovun qeyri-qanuni əldə etdiyi mal-mülkü (obyektləri, evləri, restoranları avtomobilləri, bağları və s. qızlarının, həyat yoldaşının və oğlunun adına) mövcuddur. Qeyd edim ki, Ağamalı Qafarovun oğlu eyni vaxtda saxta sənədlər əsasında həm Azərbaycanda, həm Hollandiyada “oxuyub” saxta diplom alıb.

Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov qanunları tapdayır, hüquqlarımı pozur –


Ağamalı Qafarov məni izlətdirir, həyatıma təhlükə var

Bu gün A.Qafarov adam tutub mənim hər addımımı, hərəkətimi izlətdirir, mənim həyatıma təhlükə var. Türkan Qafarova mənə məxsus turizm şirkətini işlədir, həmçinin kirayə evdən gələn 1300 manat gəliri alır. Hazırda oğlumuzun da qayğısına qalmır. Ona xəsarətlər yetirir. Bu faktlar onun analıq hüququndan məhrum edilməsi üçün də əsaslar yaradır. Lakin atası və ona itaət edən məhkəmələr, onların hakimləri, prokurorluq orqanları, polis və digər qurumlar buna “yol verməzlər”. A.Qafarovun tutduğu vəkil Məmmədov Şahmar Elbrus oğlu (onun da tutduğu posta A.Qafarovun köməyilə gəldiyini, günlərlə Qafarovların qapısında yatıb-durduğunu evli olduğum zamanlarda görürdüm) keçirilən məhkəmə proseslərindən sonra qanunsuz əməllərini reallaşdırmaq üçün məhkəmə hakimlərindən, onların köməkçilərindən gözümün qarşısında telefon nömrələrini alırdı.

A.Qafarov oğlum Muradın təhsil aldığı “Erudit” adlı özəl məktəbə gedib, məktəb direktoru Z.A Əhmədovaya məhkəmə sədri olduğunu deyir və göstəriş verir ki, uşağı mənə göstərməsinlər. Halbuki, uşağın təhsil haqqını mən də ödəyirəm. Məktəb direktoru və mühafizəçilər hər gün sipər çəkir məktəbin qarşısında ki, oğlum onu səslədiyimdə səsimi belə eşitməsin. 

A.Qafarovun Əli Həsənovla yaxınlığı da mənə sirr deyil, qohum olduğumuz müddətdə çox şahidi olmuşam. Onun Əli Həsənovla yaxınlaşmaqda məqsədi Ali Məhkəməyə sədr getmək idi”.

Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov qanunları tapdayır, hüquqlarımı pozur –


Oğlumun həyatından narahatam

V.Nağıyevin sözlərinə görə, o, oğlu M.Nağıyevin həyatından narahatdır: “Oğlumun hüquqlarının mənə qaytarılmasını, ona məxsus olan evin də oğlumun adına keçirilməsini və Türkan Qafarovanın analıq hüququndan məhrum edilməsini istəyirəm. Bunu tələb edən bütün faktlara malikəm.
Hər ay, hər gün cənab Prezident İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya Ali Məhkəmənin sədri Ramiz Rzayevə, baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, PA Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərova ünvanladığım ərizələrin qarşısı alınır, ünvana çatmasına əngəllər yaradılır.
Göstərdiyim faktların araşdırılaraq qanuna müvafiq nəticələr çıxarılmasına, məhkəmə qətnamələrinin ləğv olunmasına, oğlumun bütün hüquqlarının mənə qaytarılmasına nail olacağıma inanıram. Əminəm ki, cənab Prezident bu məsələyə reaksiya verəcək, bir məhkəmə sədrinin bütün qanunları tapdamasına bundan artıq yol verilməyəcək. O ailə qızımı məhv etdi, heç olmasa oğlumu qorumaq istəyirəm!”

Qeyd olunan ittihamlarla bağlı A.Qafarovun da mövqeyini verməyə hazırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi