Səbuhi Məmmədli müraciət yayıb –

Səbuhi Məmmədli müraciət yayıb – “Mənə kömək edin, yaşamaq istəyirəm”

Jurnalist Səbuhi Məmmədli öz “facebook” səhifəsindən müraciət yayıb.

O, səhhətindəki ciddi problemlərin həlli məqsədilə iki cərahiyyə əməliyyatı keçirmək üçün maddi dəstəyə ehtiyac duyduğunu bildirib.Səbuhi Məmmədli müraciətində deyib:

“Əziz dostlar, sevgili həmkarlar, məni tanıyanlar. Bildiyiniz kimi, Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt keçirdim. Ölümün bir addımlığında həkimlər tərəfindən xilas edildim. Ürəyimə stent qoyuldu.

Amma həkimlərin dediyinə görə – aşağıdakı şəkildə aydın göstərilib- ürək damarlarımın biri 85, digəri 70 faiz tutulub. Təcili əməliyyata ehtiyac var. Mən oktyabrın sonunadək yenidən Poltavaya qayıdıb iki əməliyyat keçirməliyəm. Daha iki stent qoyulmalı, qaraciyərin müalicəsini davam etdirməliyəm.

Mənim həyatım da məhz bu əməliyyatlardan və müalicədən asılıdır. Amma maddi vəziyyətim bu əməliyyatları keçirməyə imkan vermir. Sizdən bircə xahişim var. Mənə kömək edin, yaşamaq istəyirəm və inanıram ki, bu sizin sayənizdə olacaq. Öncədən təşəkükr edirəm”.

Səbuhi Məmmədliyə kömək göstərmək istəyənlər aşağıdakı bank hesablarına müraciət edə bilərlər.

Milli ön aparatından

Kapital bank
hesab 4169 7413 0765 5785
Məmmədov Səbuhi Məhəmməd oğlu

1s2s3s4s5s6s7s8s9s

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər