Səfər Mehdiyevin qohumları işdən çıxarıldı,cinayət işi açıldı

Səfər Mehdiyevin qohumları işdən çıxarıldı,cinayət işi açıldı 

Dövlət Gömrük Komitəsində “yarpaq tökümü” davam edir.

Faktinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu gün DGK sədrinin birinci müavini Şahin Bağırov “Azərterminalkompleks” Birliyinin direktor müavini Zeynal Tarquliyevi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Rəfail Niftəliyevi və Bakı Baş Gömrük İdarəsinin nəzdindəki Əməliyyat və Təhqiqat İdarəsinin rəisi Elmir Həsənovu tutduğu vəzifədən azad edib.

Qeyd edək ki, Zeynal Tarquliyev komitənin keçmiş sədri Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.

Elmir Həsənov isə hazırda həbsdə olan gömrük generalı Məsum Rəsulovun yaxın adamı kimi tanınır.

Hər üç şəxs barəsində cinayət işi üzrə araşdırma aparıldığı üçün onların işdən azad edildiyi bildirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi